02 İyul 2026
Azərbaycan Kooperasiya Universitetinin tələbələri “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsinə qoşulublarGənclər arasında ekoloji biliklərin artırılması, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və təbiətin mühafizəsi istiqamətində fəal iştirakın təşviqi məqsədilə həyata keçirilən “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Kooperasiya Universitetinin Ekologiya klubunun üzvlərinin və ekokönüllülərin iştirakı ilə növbəti maarifləndirici görüş təşkil olunub.