Xəbərlər


Şahdağ Milli Parkında maarifləndirici tədbir keçirilib

23 Oktyabr 2026, 13:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional İdarəsinin əməkdaşlarının təşkilatçılığı ilə Şahdağ Milli Parkının Quba bölməsində maarifləndirici tədbir keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllim və tələbələrinin iştirakı etdiyi tədbir zamanı iştirakçılara mövcud ekoloji problemlər, ətraf mühitin mühafizəsinin əhəmiyyəti və təbii sərvətlərin qorunmasında hər kəsin üzərinə düşən məsuliyyət barədə məlumat verilib.

Maarifləndirici tədbirin davamı olaraq Şahdağ Milli Parkının Quba–Tüləkəran–Teymurxan dərəsi marşrutu üzrə ekskursiya təşkil edilib. Ekskursiya zamanı iştirakçılar Milli Parkın zəngin biomüxtəlifliyi, ərazidə yayılmış flora və fauna növləri ilə tanış olublar.