27 Sentyabr 2026
27 Sentyabr - Anım Günü
26 Sentyabr 2026 27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. 26 Sentyabr 2026 Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ Palçıq Vulkanında 26 sentyabr 2026-cı il tarixində saat 07:32 radələrində püskürmə hadisəsi qeydə alınıb. Püskürmə güclü alovlanma ilə müşayiət olunub. 25 Sentyabr 2026 Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Kritik xammal materialları və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiyada çıxış edib. 25 Sentyabr 2026 27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Müşfiqabad qəsəbəsində təşkil olunan aksiya zamanı Nazirliyin rəhbərliyinin, əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə yerli torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.