Anım Günü ilə əlaqədar ağacəkmə tədbiri keçirilib
26 Sentyabr 2026, 15:00
27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Minatəmizləmə Agentliyinin kollektivi, eləcə də ekokönüllülər iştirak edib.
Aksiyada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Minatəmizləmə Agentliyinin kollektivi, eləcə də ekokönüllülər iştirak edib.
Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq keçirilən ağacəkmə aksiyası çərçivəsində Müşfiqabad qəsəbəsində, ərazinin torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.