12 Mart 2020
Növbəti monitorinq donanma fəaliyyəti ilə məşğul olan gəmilərdə keçirilibEkologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinə axıdılan tullantı sularına nəzarət məqsədilə növbəti monitorinq donanma fəaliyyəti ilə məşğul olan “BUE Caspian” LTD şirkətinə məxsus gəmilərdə aparılıb. Bunu jurnalistlərə açıqlamasında idarənin əməkdaşı Nərmin Babaşova bildirib.