Xəbərlər

İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu

06 Mart 2020, 16:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Böyük və Kiçik Qafqazda hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7,  gündüz 12-17 dərəcə isti olacaq.
Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda  duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 13-18, dağlarda gecə 5-8,  gündüz 13-18 dərəcə isti olacaq.
Qazax-Gəncə zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.
Aran rayonlarında  hava şəraiti yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə  isti olacaq.
Naxçıvan MR-da havanın yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz  14-19 dərəcə  isti olacaq.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və  səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 5-8, gündüz  10-14 dərəcə isti olacaq.