Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

15 Mart 2019, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-60 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Martın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 188 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 290 m3/s olmaqla ongünlük normanın 109 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 41 m3/s olmaqla, ongünlük normanın 44 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 106 m3/s təşkil edərək ongünlük normanın 113 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Martın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 23 sm artım, Surrada 2, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb, lakin Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 312 sm (2018-ci il martın 15-də 355 sm), Şirvanda 141 sm (2018-ci il martın 15-də 221sm), Salyanda 70 (2018-ci il martın 15-də 167sm), Bankədə 167 sm (2018-ci il martın 15-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 18 sm (2018-ci il martın 15-də 80 sm) təşkil edir.