Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və yaranmış problemlərlə bağlı görüş keçirilib
28 Dekabr 2013, 00:00
Hacıqabul gölünün ekoloji vəziyyəti ilə bağlı məsələləri müzakirə etmək və ortaya çıxan problemlərin həlli yollarını müəyyənləşdirmək məqsədilə 28 dekabr 2013-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilmişdir. Görüşdə nazir Hüseyn Bağırov, nazirliyin müvafiq mütəxəssisləri, eyni zamanda Hacıqabul gölündəki problemləri gündəmə gətirmiş
“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı və Hacıqabul gölünün ekoloji vəziyyətinə görə ETSN-ə müraciət etmiş, Hacıqabul rayon sakini Rəfi İbadov iştirak etmişdir.
Xatırladaq ki, 2012-ci ilin sonunda “Зеркало” qəzetində Hacıqabul gölünün ekoloji vəziyyəti barədə dərc olunmuş “Судьба одного озера” adlı məqalədən sonra Nazirlər Kabinetinin tapşırığına əsasən göl və göl ətrafı ərazilərdə ETSN-nin mütəxəssisləri tərəfindən kompleks tədqiqatlar aparılmış, gölün qurumasını və çirklənməsini törədən səbəblər və yaranmış problemin həlli üçün mövcud imkanlar qiymətləndirilmişdir. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilmiş geniş müşavirədəki müzakirələr zamanı, gölətrafı ərazidə müxtəlif təyinatlı yeraltı və yerüstü kommunikasiya və infrastruktur obyektlərinin mövcudluğu, ətraf mühitə antropogen təsirlərin olduğu nəzərə alınaraq ETSN -də aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət İşçi Qrupu yaradılmışdır.
İşçi Qrupu tərəfindən təqdim olunmuş təkliflər əsasında “Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və ərazidə ekosistemin bərpası üzrə Kompleks Tədbirlər Planı” hazırlanmış və razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilmişdir.
Sənəd Maliyyə, Fövqəladə Hallar, Nəqliyyat və Müdafiə Sənayesi nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim olunmuşdur. Lakin İqtisadiyyat və Sənaye Nazirliyi Hacıqabul gölünün “Hacıqabul Balıq” ASC tərəfindən özəlləşdirildiyini, məsələyə gölün və ətraf ərazilərin hüquqi statusunun dəqiqləşdirildikdən sonra baxılmasını məqsədəuyğun hesab etmişdir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən daxil olmuş məktublarda da “Hacıqabul Balıq” ASC-nin səhmlərinin 29 iyul 2003-cü ildə tamamilə özəlləşdirilməsi, “Hacıqabul Balıq” ASC yaradılarkən göl müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən təqdim olunmuş sənədlərdə cəmiyyətin qiymətləndirilən əmlakının tərkibinə daxil edilərək nizamnamə kapitalına aid edilməsi və özəlləşdirilən dövlət müəssisəsinin istifadəsində olan torpaq sahəsinin həmin müəssisəyə aid olması bildirilmişdir. Həmçinin qeyd olunmuşdur ki, “Hacıqabul balıq əmtəə təsərrüfatında yaradılmış özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış özəlləşdirmə sənədlərinə əsasən Hacıqabul - Şirvan avtomobil yolunun yaxınlığında olan, 1983-cü ildən istismara verilmiş və müəssisənin istifadəsində olan Hacıqabul gölünə aid qurğu və avadanlıqlar müəssisənin balansında olan əmlak kimi qiymətləndirilən əmlakın tərkibinə aid edilmişdir”.
Hacıqabul gölünün “Hacıqabul Balıq” ASC tərəfindən özəlləşdirildiyi nəzərə alınaraq, görüşdə Hacıqabul sakininə təklif olunmuşdur ki, “Hacıqabul Balıq” ASC-nin səhmdarları lazım bilərlərsə, təşəbbüs göstərərək gölün də daxil olduğu ərazinin dövlət mülkiyyətinə qaytarılması üçün aidiyyəti qurumlara rəsmi müraciət etsinlər. Dövlət orqanları tərəfindən qərar qəbul olunduqdan sonra gölün mühafizəsi ilə bağlı dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülə bilər.