Sutəmizləyici qurğulardan istifadə edən sakinlərdən minnətdarlıq məktubları daxil olur
07 Avqust 2013, 00:00
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə quraşdırılmış sutəmizləyici qurğuların normal fəaliyyət göstərməsi, işlək vəziyyətdə olması bundan istifadə edən əhali tərəfindən də daim nəzarətdə saxlanılır və vaxtaşırı qiymətləndirilir.
Belə ki, qurğuların fəaliyyəti ilə əlaqədar Zərdab, Sabirabad, Salyan, İmişli, Kürdəmir, Yevlax, Biləsuvar və digər ətraf rayonların sutəmizləyici qurğulardan istifadə edən əhalisi tərəfindən mütəmadi olaraq Ölkə Prezidentinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanan yüzlərlə minnətdarlıq məktubu, eyni zamanda bulaqların sayının artırılmasına dair müraciətlər daxil olur və Nazirliyin saytında yerləşdirilir (http://www.eco.gov.az/mektublar.php). Son belə bir təşəkkür məktubu isə 6 avqust 2013-cü il tarixində Sabirabad rayonunun Qaragüney kəndində yaşayan sakinlər tərəfindən yazılıb. Onlar yeni bulağın sutəmizləyici qurğuya qoşulmasına kömək göstərildiyinə görə təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2007-2012-ci illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 20 rayonun 222 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmış, bu kəndlərdə yaşayan 400 mindən artıq əhali içməli su ilə təmin edilmişdir.
ETSN tərəfindən ardıcıl olaraq quraşdırılmış sutəmizləyici qurğuların istismarı isə əvvəlcə bələdiyyələrə həvalə olunsa da, bu qurumların sutəmizləyici qurğuların fəaliyyətinə lazımi qulluq göstərməməsi ilk dövrlərdə qurğuların fəaliyyətində fasilələrin yaranmasına gətirib çıxarmışdı. Bu cür səbəbsiz fasilələrin qarşısını almaq məqsədi ilə 30 iyul 2010-cu il tarixində Nazirlər Kabinetinin 239 s saylı Sərəncamına əsasən qurğuların istismarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmış, bundan sonra qısa müddət ərzində yerlərdə qurğulara xidmət göstərən operatorlarla əmək müqavilələri bağlanılmış, qurğuların istismarı zamanı yaranmış elektrik enerjisi sərfinə görə borcların ödənilməsi istiqamətində işlər aparılmış, sutəmizləyici qurğular işlək vəziyyətə gətirilmiş, o cümlədən, filtrlər yeniləri ilə əvəz edilmişdir. ETSN-nin müvafiq qurumlarının sutəmizləyici qurğuların və supaylayıcı şəbəkənin fəaliyyətini daimi nəzarətdə saxlamasının nəticəsi olaraq quraşdırılan qurğuların böyük bir hissəsi artıq 5 ildir ki, əhalinin istifadəsindədir.