Kür çayının deltasında növbəti hidroloji tədqiqat və ölçmə işləri aparılıb
05 Dekabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən hər il Kür çayının mənsəb hissəsində axıma nəzarət etmək məqsədilə çayda və onun deltasında suyun ümumi sərfi, qollarda paylanması, orta axın sürəti, habelə dərinlik ölçülərini əhatə edən hidroloji monitorinq işləri aparılır.
2013-cü ilin oktyabr ayında növbəti dəfə Kür çayının deltasında hidroloji tədqiqat və ölçmə işləri aparılıb. Ölçmələr zamanı çayda orta maksimal dərinliyin 5,65-8,55 m, Bala Kürdə 3,3-4,6 m, Ana Kürdə 2,56-3,44 m olduğu müəyyən edilib. Eyni zamanda, yeni açılmış kanalın girişində dərinliyin 3,59-6,09 m, kanalın sonlarında 3,13-4,62 m olduğu, yeni kanaldan dənizə doğru isə təxminən 1 km məsafədə dərinliyin 4,21-4,37 m-dək azaldığı müşahidə olunub. Ölçmə zamanı Xəzər dənizinin səviyyəsi 26,66 m BS təşkil edib.
Hazırda Kür çayının mənsəb hissəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən lilsoran gəmi ilə dib dərinləşdirmə işləri aparılır.
Ölçmələr nəticəsində müəyyən edilib ki, 2012-ci illə müqayisədə 2013-cü ildə Kür çayında suyun sərfi 11 faiz çox olub, Kür çayına daxil olan ümumi suyun paylanma sərfi Bala Kürdə 60 m3/s, Kürün əsas qolunda 95 m3/s təşkil edib. Ana Kürdən Qoltuq körfəzinə açılan təbii qollara axım isə səviyyənin aşağı olması səbəbindən tamamilə dayanıb.