Zooloji Parkın yaradılması ilə bağlı işlər davam etdirilir
24 İyul 2012, 00:00
“Zooloji Parkın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2008-ci il tarixli 109 nömrəli Sərəncamının icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilməkdədir.
Qeyd edək ki, yeni yaradılacaq Zooloji Parkın dizayn, tikinti və inkişaf planı layihəsinin hazırlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq tender keçirilmiş və tenderin qalibi olmuş “Ekodenge Engineering and Consultancy Ltd” şirkəti ilə müqavilə imzalanmışdır. Artıq 2010-cu ilin iyun ayından etibarən şirkətin mütəxəssisləri müvafiq çalışmalara start vermişlər. Yeni Zooloji Parkın layihə-dizayn işlərinin aparılmasına şirkət tərəfindən son illər dünyanın bir sıra ölkələrində (Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Sinqapur) yaradılan yeni Zooloji Parkların layihəsinin hazırlanmasında çalışan hollandiyalı, yeni zellandiyalı, sinqapurlu mütəxəssislər cəlb olunmuşlar.
İlk öncə Zooloji Parkın yerləşdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2010-cu il tarixli 93s nömrəli Sərəncamına müvafiq olaraq Abşeron rayonu Qobu bələdiyyəsinin torpaqlarından dövlət mülkiyyətinə qaytarılmış 55 hektar torpaq sahəsi daimi istifadə hüququnda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmışdır.
Lakin həmin dövrdə qrunt üzərində aparılmış geoloji, mikrobioloji və kimyəvi tədqiqat işləri nəticəsində ərazinin təbii şəraitinin Zooloji Parkın yaradılması üçün qənaətbəxş olmadığı barədə nəticəyə gəlməyə əsas vermiş, Qobu ərazisinin torpaq örtüyünün səhra və yarımsəhra tipinə uyğun olması, torpağın şorluq miqdarının normadan dəfələrlə yüksək olması, tərkibində kobalt və ftor elementlərinə təsadüf olunması, yaxınlıqda tələb olunan su mənbəyinin olmaması ərazidə normal bitki örtüyünün formalaşdırılmasını başlanğıcdan sual altında qoymuşdur. Bu ərazidə Zooloji Parkın yaradılmasının çox böyük risk, izafi maliyyə vəsaiti və daha çox müddət tələb etməsi səbəbindən 2011-ci ilin avqust ayında Zooloji Park üçün yeni ərazinin ayrılması Nazirlər Kabineti qarşısında qaldırılmışdır. Həmin vaxt layihəçi şirkət tərəfindən artıq layihə-dizayn işlərinin müəyyən hissəsinin hazırlanmasına baxmayaraq, müsbət nəticə əldə olunması üçün əlavə xərc çəkilmədən yeni ərazinin xüsusiyyətlərinə uyğun layihə sənədlərinin hazırlanacağı bildirilmişdir.
Bununla bağlı Zooloji Parkın yerləşdirilməsi üçün Qaradağ rayonu ərazisindən müvafiq sahə təklif olunmuş, layihəçi şirkət ərazidə apardığı tədqiqat işləri nəticəsində torpaq örtüyünün şorluq miqdarının normadan yüksək olduğunu, sürüşmələrə meylliliyini, zəruri infrastruktura malik olmamasını səbəb gətirərək bu ərazinin zooloji park yaradılması üçün uyğun olmadığı barədə qəti rəy bildirmişdir.
Belə olan halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz idarəçiliyində olan Abşeron Regional Meşə Tingliyi Müəssisəsinin ərazisindən analoji ölçülərə (55 hektar) uyğun hissəsinin Zooloji Park üçün ayrılmasını Hökumətə təklif etmişdir. Mütəxəssislərin rəyinə əsasən, Bakı şəhərindən 28 km məsafədə yerləşən əlverişli coğrafi mövqe və infrastruktura (su, qaz, işıq xətlərinin olması, sərhədlərinin təqribən 50 metrliyindən dəmir yol xəttinin keçməsi, torpaqlarının yüksək keyfiyyəti və s. ) malik olan ərazi Zooloji Park yaradılması tələblərinə tam cavab verir. Ceyranbatan gölündən 30 metr daha aşağı səviyyədə yerləşən və sanitar məsafəsi gözlənilən bu ərazinin istifadəsi müvafiq nazirliklərlə də razılaşdırılaraq Nazirlər Kabinetinin 7 mart 2012-ci il tarixli 56s nömrəli Sərəncamı ilə Zooloji Park üçün ayrılmışdır.
Zooloji Parkın layihələndirilməsi zamanı Qumyataq gölünə cüzi miqdarda belə tullantının axıdılması nəzərdə tutulmamışdır. Həmçinin, qeyd olunduğu kimi, gölün dəniz səviyyəsindən yüksəkliyinin 0 metr olması (xatırladırıq ki, Ceyranbatan gölünün dəniz səviyyəsindən hündürlüyü 30 metrədəkdir) buradan geriyə ”“ Ceyranbatan gölünə təsirini qeyri-mümkün edir.
Layihəçi şirkət yeni ərazinin xüsusiyyətlərinə uyğun olaraq fəaliyyətini təşkil etmiş və artıq Ceyranbatan qəsəbəsində fəaliyyət göstərəcək yeni Zooloji Parkın master konsepsiyası və layihə-dizayn sənədləri hazırlanmışdır.
Zooloji Parkın təşkili konsepsiyasını və layihə-smeta sənədlərini hazırlayan mütəxəssislər tərəfindən irəli sürülən təklifə əsasən yeni Zooloji Parkın tikintisinin 3 mərhələdə aparılması planlaşdırılmışdır.
Birinci mərhələdə, ilkin olaraq Zooloji Parkın 4,6 hektarlıq sahəsini əhatə edəcək hissəsində vəhşi heyvanlar üçün xəstəxana, saxlanc yerlərinin və sair bu kimi obyektlərin inşası nəzərdə tutulur. Bu hissə hazır olduqdan sonra Bakı şəhərində yerləşən Heyvanat Parkının oraya köçürülməsi həyata keçiriləcək.
İkinci və üçüncü mərhələdə isə, Zooloji Parkın qalan 50 hektardan artıq hissəsində tikinti işlərinin aparılması planlaşdırılır. Bu mərhələdə əsas sərgi salonlarının, vəhşi heyvan volyerlərinin və terrariumların inşası, ərazinin daxili yollarının və tramvay xəttinin çəkilişi, zəruri coğrafi relyeflərin, həmçinin mühitlərin (qitələr üzrə bölgələrin) yaradılması nəzərdə tutulur.
Birinci mərhələ üzrə layihə sənədləri qanunvericiliyə uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə təqdim olunmuşdur. Hazırda sənədlərə baxılması prosesi yekun mərhələsindədir.
Zooloji Parkın layihə-dizayn sənədlərinin hazırlanması üçün 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 2,85 milyon manat vəsaitin 80 faizi layihəçi şirkətin hesabına köçürülmüş və işlər tam bitdikdən (sənədlər Fövqəladə Hallar Nazirliyinin müvafiq idarələrindən keçdikdən və bu proses boyu layihə sənədləri yenidən işləndikdən) sonra vəsaitin qalan hissəsinin şirkətə ödənilməsi nəzərdə tutulur.
Birinci mərhələ üzrə tikinti işləri üçün Azərbaycan Respublikası Prezidentinin “Abşeron rayonu ərazisində yeni Zooloji Parkın tikintisi ilə bağlı tədbirlər haqqında” 05 avqust 2011-ci il tarixli 1673 nömrəli Sərəncamına əsasən, 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 3 milyon manat vəsait ayrılmış və bu vəsait bu günədək istifadə olunmadan saxlanılır.
Zooloji Parkın birinci mərhələsi üzrə tikintini həyata keçirmək məqsədilə ETSN-yə əlavə olaraq 4,5 milyon manat vəsaitin ayrılması barədə sərəncam imzalanmışdır. Maliyyə Nazirliyi tərəfindən vəsaitin ayrılmasının təmin edilməsi gözlənilir və tikinti işlərinə başlandıqdan sonra vəsaitin qanunamüvafiq istifadəsi nəzərdə tutulur.
Hazırda Zooloji Parkların tikintisi sahəsində beynəlxalq təcrübəsi olan, ixtisaslı şirkətin müəyyən olunması üzrə qanunvericiliyə müvafiq işlər aparılır.
Layihə ilə tanışlıq və görülən işlərin hesabatı məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində layihəçi şirkətin nümayəndələrinin iştirakı ilə 11 may 2012-ci il tarixində ölkədə fəaliyyət göstərən aparıcı Kütləvi İnformasiya Vasitələri üçün geniş təqdimat mərasimi keçirilmiş və mətbuatda işıqlandırılmışdır. Təqdimatda “Ekodenge Engineering and Consultancy Ltd” şirkətinin layihə üzrə icraçı direktoru və mühəndis-dizaynerləri iştirak edərək görülən işlər barədə ətraflı məlumat vermiş, Zooloji Park layihəsinin 3D formatlı görüntülərini əks etdirən film nümayiş etdirmişlər.
Bundan əlavə layihəçi şirkət “Ətraf mühitə dair informasiya almaq haqqında” 12 mart 2002-ci il tarixli Azərbaycan Respublikası Qanununun 6-cı maddəsini rəhbər tutaraq, ictimaiyyət üçün 2012-ci ilin avqust ayının I həftəsində Zooloji Parkın yerləşəcəyi ərazidə məlumatlandırma tədbiri keçirilməsini planlaşdırır.