Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər
07 Fevral 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilmiş, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumatlar bazasının yaradılması həyata keçirilmiş, operativ və rejim məlumatların hazırlanaraq yayımlanması təmin edilmişdir.
Atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində-Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılmışdır. Bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə 100653 nümunə götürülmüş, həmin nümunələr üzərində 18 adda çirkləndirici üzrə 102871 analiz aparılmışdır.
Atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində - Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamacları və Lənkəran zonasında 21 məntəqədə 11 göstərici üzrə (pH, sulfat, nitrat, fosfat, ammonium, xloridlər, kalsium, maqnezium, codluq, elektrik keçiriciliyi və hidrokarbonat ionları) götürülmüş 262 yağıntı (yağış, qar) nümunəsi üzərində 2916 kimyəvi analiz aparılmışdır.
Həmçinin, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin iş planına müvafiq olaraq səth suları, torpaq örtüyü və eləcə də Tufandağ ərazisindəki dayanıqlı qar örtüyündən götürülmüş nümunələr üzərində də analizlər aparılmışdır.
Səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 10 göl, 4 sututarı, 1 liman) 50 müşahidə məntəqəsində aparılmışdır. Bu istiqamətdə detergentlər, neft məhsulları, fenollar, üzvi oksidləşdiricilər, xlorüzvi pestisidlər, ağır metallar, suyun mineral tərkibi üzrə götürülmüş 433 su nümunəsi üzərində 8745 analiz aparılmışdır.
Ölkə ərazisində torpaqların fon tərkibinin neft məhsulları, pestisidlər və ağır metallarla çirklənməsinin öyrənilməsi məqsədilə aparılan monitorinqlər zamanı götürülmüş 542 torpaq nümunəsi üzərində 2163 kimyəvi analiz aparılmışdır.
Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkənin bütün bölgələrini əhatə etməklə, gündə 3 dəfə 35 məntəqədə keçirilmişdir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə texniki əməkdaşlıq proqramı çərçivəsində “Azərbaycan Respublikasında radioaktivliyin monitorinqi sahəsində infrastrukturun inkişaf etdirilməsi” layihəsi üzrə nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəd olan Qazax, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonlarında və Pirallahı adasında yerləşən meteoroloji stansiyalarda radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi quraşdırılmışdır. Hazırda monitorinq məlumatları hər yarım saatdan bir ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür.
BMT-nin Avropa İqtisadi Komissiyasının “Böyük məsafələrə havanın transsərhəd çirklənməsi haqqında Konvesiya”sı çərçivəsində Norveç Krallığının Hava Tədqiqatları İnstitutu nəzdində yerləşən “Kimya Koordinasiya Mərkəzi” və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Altıağac Milli Parkı ərazisində Atmosfer havasının fon monitorinqi (EMEP) stansiyası qurulmuş və 2012-ci ilin fevral ayında fəaliyyətə başlayacaqdır.
2011-ci il ərzində Departament tərəfindən stasionar müşahidə məntəqələri ilə əhatə edilməmiş ərazilərdə, daxil olan müraciətlər əsasında ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasının su obyektlərində, güclü fiziki təsir yaradan mənbələr üzərində səyyar monitorinqlər həyata keçirilmişdir.