Ekologiya üzrə Texniki Komitənin dördüncü iclası keçirilmişdir
02 Fevral 2012, 00:00
2012-ci il 26 yanvar tarixində 2011-ci ilin yekunlarına dair Ekologiya üzrə Texniki Komitənin dördüncü iclası keçirilmişdir. İclasda 2011-ci ildə Komitənin alt komitələri tərəfindən iş planlarına uyğun olaraq, “Atmosfer havasında kükürd dioksidin kütlə qatılığının tetraxlormerkurat və pararozanilin ilə spektrofotometrik metodla təyini”,
“İstehsalatda elektromaqnit sahəsinə olan tələblər”, “Yaşayış evlərində, ictimai binalarda və tikinti aparılan ərazilərdə 50 Hs tezlikli maqnit sahələrinə olan gigiyena tələbləri”, “Torpağın keyfiyyəti - insanlara təsirinə münasibətdə torpaqların xarakteristikası”, “Torpağın keyfiyyəti ”“ torpaq və torpaq materiallarının ekotoksikoloji xarakteristikasına dair göstərişlər”, “Torpağın keyfiyyəti ”“ Mikrobioloji torpaq tənəffüsünün müəyyən edilməsi üçün laboratoriya metodları”, “Torpağın keyfiyyəti ”“ Monitorinq proqramlarının yaradılması və təminatına nəzarət” üzrə standart və “Nümunələrin konservləşdirmə və saxlama metodları”, “Təbii sularda qoxunun təyini”, “Təbii sularda şəffaflığın təyini”, “Təbii sularda xüsusi elektrik keçiriciliyinin təyini”, “Təbii sularda həll olmuş oksigenin təyini”, “Təbii sularda asılı bərk hissəciklərin təyini”, “Təbii sularda ümumi codluğun təyini”, “Təbii sularda sulfatların təyini”, “Təbii sularda xlorid ionunun təyini”, Təbii sularda qələviliyin (HCO3) təyini”, “Təbii sularda ammonium ionlarının təyini”, “Təbii sularda oksigenin biokimyəvi sərfinin (OBS5) təyini” üzrə qaydaların layihələri və o cümlədən suyun keyfiyyəti üzrə tərtib edilmiş 8 hissəli lüğətlə bağlı müzakirələr aparılmışdır. Rəy və təkliflər dinlənildikdən sonra, həmin standart və qayda layihələrinin təsdiq edilməsi üçün Standartlaşdırma, Metrologiya və Patent Komitəsinə təqdim edilməsi qərara alınmış və alt komitələrin 2012-ci ilə dair iş planları təsdiq edilmişdir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynalxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın müddəalarının tələbləri nəzərə alınaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2010-cu il 29 iyul tarixli birgə əmri ilə Ekologiya üzrə Texniki Komitə yaradılmışdır. Nəzərdə tutulmuş işlərin səmərəli və operativ şəkildə həyata keçirilməsi üçün ətraf mühit, hava, su və torpaq üzrə alt komitələr təşkil edilmişdir. Ekologiya üzrə Texniki Komitənin tərkibi Ekologiya və Təbii Sərvətlər və Səhiyyə nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən təşkil edilmişdir.
Ekologiya üzrə Texniki Komitə tərəfindən 2010-cu ildə “Ətraf mühitin idarə olunması. Ekoloji effektivliyin qiymətləndirilməsi”, “Torpağın keyfiyyəti-torpağı qeydiyyata almaq üçün format və ərazi haqqında məlumat”, “Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında azot oksidlərinin naftiletilendiaminlə spektrofotometrik metodla təyini”, “Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında tozun (asılı bərk hissəciklərin) qravimetrik metodla təyini” dövlət standartları hazırlanmış və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2011-ci ildə təsdiq edilmişdir.
AZS 563-2011 (İSO 14031-99) “Ətraf mühitin idarə olunması. Ekoloji effektivliyin qiymətləndirilməsi” standartı təşkilatın ekoloji effektivliyinin qiymətləndirilməsinin planlaşdırılması və istifadəsi üzrə təlimat kimi çıxış edir. Ekoloji effektivliyin qiymətləndirilməsi ekoloji effektivliyin təşkilatın rəhbərliyi tərəfindən tövsiyə olunan meyarlara uyğun olub-olmadığını müəyyən etməyə icazə verən informasiyanın dəqiq və təsdiqləyici cari yoxlanması ilə rəhbərliyin təmin olunması üçün nəzərdə tutulmuş idarəetmə vasitəsi və daxili prosesdir.
AZS 564-2011 (İSO 15903-2002) “Torpağın keyfiyyəti-torpağı qeydiyyata almaq üçün format və ərazi haqqında məlumat” standartının məqsədi ərazinin operativ olaraq qeydə alınması, tədqiqatın keçirilməsi, torpaq nümunələrinin sahə və laborator analizlərinin hesabat nəticələrində yüksək dərəcəli harmoniyaya nail olmaqdır. Belə ki, bu analizlərin nəticələrində istifadə olunan kəmiyyət və vahidlərin düzgün müəyyən olunması, metodların tətbiqi və onların dəqiqliyi üçün təlimatları təmin edir.
AZS 566-2011 “Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında azot oksidlərinin naftiletilendiaminlə spektrofotometrik metodla təyini” standartı respublika ərazisində fəaliyyət göstərən ekoloji, sanitar-gigiyena və atmosfer havasının monitorinqi ilə məşğul olan digər laboratoriyalarda istifadə oluna bilər.
AZS 567-2011 “Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında tozun (asılı bərk hissəciklərin) qravimetrik metodla təyini” standartı xüsusi materialdan hazırlanmış filtrdən sorulan müəyyən həcmli havadan tutulan toz hissəciklərinin kütləsinin təyininə əsaslanır.
Bundan başqa, Ekologiya üzrə Texniki Komitə tərəfindən təbii və süni göllərdən su, dib çöküntülərindən, lildən, su axınlarından, dəniz sularından və çirkab sulardan nümunələrin götürülməsi üzrə qaydalar hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuş və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2011-ci ildə təsdiq edilmişdir.