Ekoloji Şuranın növbəti iclası keçirilmişdir
28 Dekabr 2011, 00:00
Respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, bu sahədə ictimaiyyətin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və bu istiqamətdə effektivliyin təmin olunması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın 27 dekabr 2011-ci il tarixində növbəti iclası keçirilmişdir.
Şuranın iclasında 3 məsələ müzakirəyə çıxarılmışdır.
İclası giriş sözü ilə Şuranın sədri Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov açdıqdan sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılmışdır.
Şurada müzakirə olunan birinci məsələ-Milli Park ərazilərinə girişin tənzimlənməsi ilə əlaqədar bir sıra qeyri-hökumət təşkilatları tərəfindən ETSN-yə daxil olmuş təkliflərlə bağlı Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə tədbir iştirakçılarına məlumat vermişdir. Mövzu ətrafında fikirlər söylənilmiş, həmçinin Milli Parklarda elmi işçilərdən, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət Qəyyumlar Şurasının yaradılması, birgə monitorinqlərin keçirilməsi, turistlər üçün yeni marşrutların işlənib hazırlanması, ekoturistlərin Milli Park ərazilərinə fərdi anket qaydasının tətbiq edilməsi yolu ilə daxil olması məsələləri də müzakirə olunmuşdur.
Müzakirəyə çıxarılmış növbəti məsələ - “Avropa İttifaqının Qonşuluq Siyasəti Şərq Ölkələri və Rusiyanın Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi” layihəsi barədə layihənin ölkə üzrə baş məsləhətçisi Azər Qarayev məlumat vermiş və mövzu ətrafında müzakirələr edilmişdir. Daha sonra QHT nümayəndələri tərəfindən ölkə ərazisində son illərdə meşələrin bərpası və mühafizəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin, o cümlədən qanunsuz ağac qırıntısına qarşı mübarizənin gücləndirilməsi, habelə açıq sahələrdə Nazirliyin müvafiq strukturları tərəfindən yetişdirilən tinglərin əkilməsi hesabına Azərbaycanda meşə ilə örtülü ərazilərin sahəsinin 11,4 faizdən 11,8 faizə çatdırılması müsbət hal kimi qiymətləndirilmişdir. Helsinki Vətəndaş Assambleyasının Qərb bölgə nümayəndəliyinin rəhbəri Aslan Vəliyev də öz çıxışında Respublikanın bəzi meşələrində bir sıra QHT və ictimaiyyət nümayəndələri ilə birgə apardığı monitorinqlər zamanı ərazilərdə yüksək səviyyədə meşəbərpa tədbirlərinin həyata keçirildiyinin, geniş sahələrdə ağac tingliklərinin əkildiyinin, meşələrin mal-qaradan mühafizəsi məqsədilə çəpərləmə işlərinin aparılması nəticəsində milyonlarla ağac pöhrəsinin əmələ gəldiyinin və meşələrin ciddi şəkildə mühafizə edildiyinin şahidi olduğunu bildirmişdir.
Şurada müzakirəyə çıxarılmış sonuncu - “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası” layihəsinin icra vəziyyəti ilə əlaqədar H.Əlizadə iclas iştirakçılarına məlumat vermişdir. “Həyəcan” İctimai Birliyinin sədri Əliheydər Məmmədov sözügedən layihə ilə əlaqədar Qobustan ərazisinə buraxılmış ceyranların yaşadığı biotopa tam şəkildə uyğunlaşmaması və ətraf mühitdən gələn təhlükələrə hazırlıqlı olmaması ehtimalları ilə çıxış etmişdir. Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) nümayəndəsi Elşad Əsgərov isə öz çıxışında reintroduksiya olunmuş ceyranların hərəkətinə siqnalötürücü vasitələrlə nəzarət olunduğunu, onların yeni ərazilərdə davamlı populyasiyasının formalaşdığını və təbii biotopa adaptasiya olmasını əsaslı dəlillərlə iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
İclasın sonunda qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə bir sıra Milli Park və meşə ərazilərində, həmçinin reintroduksiya olunmuş ceyranların yayılma areallarını və hərəkət yollarını (quru və hava nəqliyyatı vasitəsilə) müəyyənləşdirmək üçün monitorinqlərin keçirilməsi qərara alınmışdır.