Respublikanın 20 rayonunun 188 kəndində 2007-2011-ci illər ərzində modul tipli sutəmizləyici qurğular istifadəyə verilmişdir
20 Dekabr 2011, 00:00
Azərbaycan Respublikası Prezidentinin əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar Sərəncamlarına əsasən Kür-Araz boyu və digər yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkənin 20 rayonunun ümumi əhalisi 340 min nəfərdən artıq olan 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istismara verilmişdir.
Hazırda işlərin davamı olaraq 7 rayonun ümumi əhalisi 45 min nəfər olan 33 kəndində də modul tipli sutəmizləyici qurğular quraşdırılmaqdadır.
Sutəmizləyici qurğular, gün ərzində içməli suyun miqdarı adambaşına 20-30 litr olmaqla layihələndirilmişdir və hər bir kənddə quraşdırılmış sutəmizləyici qurğudan alınan içməli su əhaliyə supaylayıcı şəbəkə vasitəsi ilə çatdırılır. Supaylayıcı şəbəkə hər bir kənddə əhalinin sayından və kəndin yerləşmə sxemindən asılı olaraq qurulmuşdur. Hər bir supaylayıcı şəbəkə 2 ədəd kranı olan məntəqədən və məntəqəni sutəmizləyici qurğu ilə birləşdirən içməli suyun ötürülməsi üçün nəzərdə tutulmuş müxtəlif diametrli boru xətlərindən ibarətdir. Bundan başqa, 79 kənddə əlavə olaraq hər biri 32-96 m3 həcmində dəmir-beton su anbarları da inşa edilmişdir.
Qurğuların gücündən asılı olaraq su 7-18 mərhələdən ibarət sistemdə təmizlənir və mənbədən götürüləndən əhaliyə çatdırılana qədər qapalı sistemdə olur. Su dalğıc nasosla mənbədən dəmir-beton özül üzərində qurulmuş xüsusi texnologiyaya əsasən hazırlanmış çökdürücü çənə, sonra xam su çəninə, oradan filtirlərə və təmiz su çəninə, son olaraq supaylayıcı şəbəkə vasitəsilə bulaqlara verilənə qədər ətraf mühitlə əlaqəsi olmur, yəni kənar müdaxilə və çirklənməyə məruz qalmır.
Eyni zamanda, suyun təmizlənməsi prosesində istifadə olunan ultrafiolet lampalar və ozon generatorları həmişə əlverişli olmadığı üçün əlavə olaraq xlorlama və xlordan azad etmə qurğuları quraşdırılmış və bu daha effektiv nəticələr əldə etməyə imkan vermişdir.
Sutəmizləyici qurğuların quraşdırılması və supaylayıcı məntəqələrin inşası zamanı, ümumilikdə 1195 km uzunluğunda supaylayıcı şəbəkə çəkilmiş, 2475 supaylayıcı məntəqə tikilmiş və üzlüklə örtülmüşdür. Bundan əlavə, hər bir kənddə transformatordan qurğuya qədər 500 metrədək məsafəyə elektrik dirəkləri basdırılaraq elektrik xətti çəkilmişdir. Su mənbəyində üzən sistem üzərində qurulmuş dalğıc nasosundan qurğuya qədər 1000 metrədək uzunluğunda boru və elektrik xətləri çəkilmişdir. Artıq 4 ildir ki, sutəmizləyici qurğuların böyük bir hissəsi fasiləsiz istismar edilir.
2007-2011-ci illər ərzində ölkənin 188 kəndində quraşdırılmış sutəmizləyici qurğuların 53-ü Almaniya, İtaliya, Belçika, ABŞ texnologiyaları əsasında Türkiyədə modulda yığılmışdır. 67 ədədi Cənubi Koreya istehsalı olan osmos texnologiyalı, 65-i isə yerli şəraitdə dözümlülüyü və etibarlılığı ilə seçilən İsrail istehsalı olan qurğulardır.
Yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işlərinə başlamazdan əvvəl bu məqsədlə hazırlanmış layihələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə, smeta sənədləri isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzi ilə razılaşdırılmışdır.
Quraşdırma işləri başa çatdırıldıqdan sonra sutəmizləyici qurğular müvafiq dövlət qurumları - Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Dövlət Əmək Müfəttişliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərenerji” ASC və rayon İcra Hakimiyyətlərinin nümayəndələrindən ibarət Dövlət Qəbul Komissiyası tərəfindən qəbul olunaraq yerli bələdiyyələrə təhvil verilmişdir.
Ölkə ərazisində quraşdırılmış sutəmizləyici qurğuların istismar vəziyyətinin öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən mütəmadi monitorinqlər keçirilir. Sonuncu dəfə 14-18 noyabr 2011-ci il tarixlərində Sabirabad, Hacıqabul, Saatlı, Ucar, Zərdab, Beyləqan və Füzuli rayonlarında fəaliyyət göstərən qurğulardan nümunələr götürülərək mikrobioloji və fiziki-kimyəvi analizlər aparılmışdır. Analizlərin nəticələrinə görə suyun keyfiyyəti norma daxilində müəyyən edilmişdir.