Həqiqəti əks etdirməyən məlumatlar oxucuları sağlam informasiya əldə etmək imkanından məhrum edir
17 Oktyabr 2011, 00:00
Bəzi internet saytlarında Zaqatala meşələrinin qırılması ilə bağlı məlumatlar yayılmışdır. Bu məlumatların həqiqətə uyğun olub-olmadığını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və QHT nümayəndələrindən ibarət komissiya yaradılmışdır.
Komissiya üzvləri adları internet saytında göstərilmiş Zaqatala rayonunun Car meşəbəyliyinin Mişleş, Muğanlı meşəbəyliyinin Əlibayramlı və Muğanlı, Əliabad meşəbəyliyinin Qımır və Əliabad kəndləri, eləcə də Katex və Alazan çayları yaxınlığındakı meşə ərazilərində geniş araşdırma aparmış və aktlaşdırılmamış cəmi 12 ədəd ağacın özbaşına kəsildiyini müəyyən etmişlər. Təbiətə dəymiş ziyan cavabdeh meşə gözətçiləri tərəfindən ödənilmişdir. İnternet səhifəsində yayılan məlumatda isə Zaqatala meşələrində 320 ədəd ağacın özbaşına kəsilməsi qeyd olunur. Bildiririk ki, Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM)-nin meşə fondu ərazisi 54 min hektardır, ümumi ağacların sayı isə 40 milyon ədəddən artıqdır. İnternet saytında göstərilən 320 ədəd ağac həqiqətən kəsilmiş olsa belə, bu sahədə çalışan mütəxəssislər yaxşı bilirlər ki, belə geniş ərazidə qeyd olunan miqdarda ağacın kəsilməsi kütləvi qırıntı kimi səciyyələndirilə bilməz. 2010-cu ildə Nazirliyin müfəttişləri və rayon meşə mühafizə işçiləri tərəfindən aparılmış reydlər və operativ yoxlamalar zamanı Zaqatala MMBM-nin xidməti ərazisində 320 yox 1008 ədəd müxtəlif cinsli ağacın özbaşına kəsilməsi faktı aşkar olunaraq protokollaşdırılmış, 7647 manat məbləğində dəymiş ziyan təqsirkarlar tərəfindən ödənilmişdir. Əslində bu göstərici də meşələrin artması tendensiyasını şübhə altına almaq üçün əsas ola bilməz. Komissiya üzvləri tərəfindən adları internetdəki anonim materialda gedən Aşağı Tala, Əlibayramlı, Muğanlı və Mazıx kəndlərində mövcud olan sənaye təyinatlı ağac emalı sexlərinə baxış keçirilmiş və həmin sexlərdə yerli meşə materiallarının olmadığı, sexlərin isə uzun müddət fəaliyyət göstərmədiyi müəyyən edilmişdir (aşağıda yerləşdirilmiş sexlərin şəkillərindən də bunu görmək mümkündür).
Bir müddət əvvəl Lənkəran meşələrində yanacaq və sənaye məqsədləri üçün ağacların kütləvi qırılması ilə bağlı internetdə yayılan məqalədəki faktlar da bir sıra QHT və məqalədə adlarına istinad olunan şəxslərin birgə iştirakı ilə yerində araşdırılmışdır. Araşdırmada məqalədə adları göstərilən şəxslərin bir qisminin iştirakını təmin etmək mümkün olmamışdır. Buna səbəb də həmin şəxslərin, ümumiyyətlə sözügedən ərazidə qeydiyyatda olmadıqları və yaşamadıqları olmuş və onları tapmaq mümkün olmamışdır. Belə olan halda, həmin şəxslərin Lənkəran meşələri barədə hər hansı məlumata malik olması və ya həmin meşələrlə bağlı məlumat verməsi də şübhə doğurur.
Hər halda geniş tərkibli monitorinq qrupunun apardığı araşdırma zamanı Lənkəran meşələri ilə bağlı yazıda qeyd edilənlər də öz təsdiqini tapmamışdır. Əksinə, ölkənin başqa bölgələri üçün örnək ola biləcək bir səviyyədə meşəbərpa tədbirlərinin həyata keçirildiyi, geniş sahələrdə ağac tingliklərinin əkildiyi və meşələrin ciddi şəkildə mühafizə olunduğu müəyyən edilmişdir.
Bir daha bildiririk ki, özbaşına ağac qırıntısı hallarına əfsus ki, hələ də rast gəlinir. Bununla da intensiv mübarizə aparılır. Qurumuş ağacların hesabına icra başçılarının təqdim etdiyi siyahıya əsasən verilən odunun miqdarına bərabər, bəzən ondan da artıq qanunsuz qırıntı aşkar olunur, tədbir görülür, cərimə tətbiq olunur və qanunsuz odun müsadirə edilir. Ola bilər ki, hələ üstü açılmayan qırıntı da olsun lakin görmək lazımdır ki, qırıntılara qarşı aparılan kəskin mübarizə öz müsbət nəticəsini verməkdədir. Bütün ölkə ərazisində son illərdə meşələrin bərpası və mühafizəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin, o cümlədən qanunsuz ağac qırıntısına qarşı mübarizənin gücləndirilməsi, meşələrin mal-qaradan mühafizəsi məqsədilə çəpərləmə işlərinin aparılması nəticəsində meşələrdə milyonlarla ağac pöhrəsi əmələ gəlmişdir. Habelə açıq sahələrdə Nazirliyin müvafiq strukturları tərəfindən yetişdirilən tinglərin əkilməsi hesabına son illər Azərbaycanda meşə ilə örtülü ərazilərin sahəsi 11,4 faizdən 11,8 faizə çatmışdır. Müqayisə üçün bildirək ki, 1995-2000-ci illər ərzində 26,3 min hektar sahədə meşəbərpa işləri aparıldığı halda, ETSN yarandıqdan sonra, 2001-2010-cu illər ərzində 93,1 min hektar sahədə meşə əkinləri və meşəbərpa tədbirləri həyata keçirilmişdir.
Eyni zamanda, Respublika üzrə 2010-cu ildə meşə qanunvericiliyinin pozulması ilə əlaqədar 363 fakta görə sənədlər hüquq-mühafizə orqanlarına göndərilmiş, vəzifə borclarını layiqincə icra etməyən meşə mühafizəsi işçilərindən 136 nəfəri tutduqları vəzifədən azad edilmiş və 243 nəfər barəsində müxtəlif intizam-tənbeh tədbirləri görülmüşdür. Təhlillər göstərir ki, aşkar edilmiş özbaşına qırıntılar əsasən qış aylarında baş verir və bu da həmin dövrdə dağ kəndlərində əhalinin istilik və yanacağa olan təlabatı ilə bağlıdır. Bununla əlaqədar Respublikada oduna olan təlabatın qismən ödənilməsi üçün Nazirlər Kabinetinin müvafiq qərarı ilə hər il 64 min kub metr həcmində köküstə qurumuş, inkişafı dayanmış oduncağın tədarükü meşələrin tör-töküntüdən təmizlənməsi hesabına nəzərdə tutulur. Lakin meşələrdə ETSN tərəfindən aparılan monitorinqlər zamanı müəyyən edilir ki, ildə 64 min kub metr deyil, yalnız 45-50 min kub metr həcmində köküstə qurumuş, inkişafı dayanmış oduncaq tədarük edilməsi mümkündür. Bu da rayon icra hakimiyyətlərinin bölgüsü əsasında hərbi hissələrə, təhsil və səhiyyə müəssisələrinə, həmçinin imtiyazlı şəxslərə verilir.
Meşələrin qorunub mühafizə olunması istiqamətində aparılmış bu cür məqsədyönlü və qəti tədbirlər, o cümlədən Azərbaycan meşələrindən xammal kimi istifadə hallarının qarşısının alınması nəticəsində ağac emalı ilə məşğul olan fiziki və hüquqi şəxslərin Respublikaya idxal etdiyi ağac və ağac məhsullarının miqdarı 2002-ci ilə nisbətən 2010-cu ildə 4,5 dəfə artmışdır.
Beləliklə, bir sıra internet saytlarında həqiqəti əks etdirməyən məlumatları yaymış müəlliflərin, ifadə azadlığı hüququndan sui-istifadə hallarına yol verməklə oxucuları sağlam informasiya əldə etmək imkanından məhrum etdikləri bir daha aydın olur.
Zaqatala rayonunun Mişleş kəndinin yaxınlığındakı Car meşəbəyliyi
Zaqatala MMBM-nin Əliabad meşəbəyliyi
Zaqatala MMBM-nin Car meşəbəyliyi
Zaqatala MMBM-nin Muğanlı meşəbəyliyi
Zaqatala MMBM-nin Muğanli meşəbəyliyində yaşayış məntəqəsinə yaxın çəpərlənmiş ərazi
Zaqatala MMBM-nin Əliabad meşəbəyliyinin tinglik sahəsi

Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində yerləşən ağac emalı sexi
Zaqatala rayonunun Əlibayramlı kəndi ərazisində yerləşən ağac emalı sexi
Zaqatala rayonunun Muğanlı kəndi ərazisində yerləşən ağac emalı sexi
Zaqatala rayonunun Mazıx kəndində yerləşən ağac emalı sexi
Lənkəran MMBM-nin Haftoni meşəbəyliyində yaşayış məntəqəsinə yaxın çəpərlənmiş ərazi
Lənkəran MMBM-nin Haftoni meşəbəyliyinin çəpərlənmiş ərazisindəki təbii bərpa
Lənkəran MMBM-nin Haftoni meşəbəyliyi
Lənkəran MMBM-nin Osaküçə meşəbəyliyinin tinglik sahəsi