Müşahidə olunan isti hava şəraiti (yenilənib)
29 İyul 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə son günlər ərzində Respublikada maksimal temperatur çoxillik norma ilə müqayisədə 5 dərəcəyədək yüksəkdir, Bakı və Abşeron yarımadasında 40-41, bəzi mərkəzi aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 41-42 dərəcə isti qeydə alınmışdır.
Avqustun 3-dək ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi, Bakı və Abşeron yarımadasında havanın temperaturunun 38-40, bəzi ərazilərdə 42, Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 38-42 dərəcə isti olacaq, bəzi yerlərdə 44 dərəcəyədək, dağlıq rayonlarda isə 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.
İyul ayının 30-31-də gündüz saatlarında Bakıda və Abşeron yarımadasında isti cənub küləyinin sürəti bir qədər artacaq, buna görə də maksimal temperatur 39-dərəcəyə yaxın olacaq, lakin avqust ayının 1-2-də yenidən temperaturun 40-42 dərəcəyədək yüksələcəyi gözlənilir.
Qeyd edək ki, yüzillik meteoroloji müşahidələrə görə, ölkə ərazisində ən yüksək temperatur 2000-ci ildə qeydə alınıb. Həmin il avqustun əvvəlində Naxçıvan Muxtar Respublikasında havanın temperaturu 46 dərəcə, Mərkəzi Aran rayonlarında isə 43 dərəcə olmuşdur.
Azərbaycanın coğrafi mövqeyi və iqlimi üçün yayın isti keçməsi səciyyəvidir, lakin 100 illik meteoroloji müşahidələrə görə son illər yay dövründə, xüsusən də iyul-avqust aylarında anomal isti günlərin sayı artmaqdadır, “isti dalğaların” davamiyyəti daha uzunmüddətlidir.
Nazirliyin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraiti ilə əlaqədar Bakıda və Abşeron yarımadasında yerləşən hidrometeoroloji stansiyalarda saat 11:00-dan 17:00-dək ənənəvi olan 3 saatlıq müşahidələrlə yanaşı, daha operativ iş rejiminə keçərək hər saatdan bir maksimal temperatur üzərində müşahidələr aparır.
Eyni zamanda Departament tərəfindən gözlənilən anomal isti hava şəraiti haqqında xəbərdarlıqlar iyul ayının 21, 25, 27 və 28-də bütün əlaqədar təşkilatlara və informasiya vasitələrinə verilmişdir.
Bildiririk ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə son 10-15 il ərzində dünyada baş verən iqlim dəyişmələri nəticəsində qlobal miqyasda temperaturun artması müşahidə olunmaqdadır. Bütün instrumental müşahidələrə görə bu dövr ən isti dövr kimi qiymətləndirilmişdir.
İyul ayının üçüncü ongünlüyündə Şimali Afrikadan qızmar tropik hava kütlələrinin ölkə ərazisinə daxil olması üçün əlverişli şərait yaranmışdır.
İsti hava kütlələri atmosferin müxtəlif qatları üzrə müşahidə olunmaqdadır. EUMETSAT peyk sistemi vasitəsi ilə alınan məlumatlar qızmar hava kütlələrinin böyük ərazini, Mərkəzi Rusiyanı da əhatə etdiyini təsdiqləyir. Bu səbəbdən yaxın günlər ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Yer səthində nisbətən alçaq təzyiq sahəsi fonunda küləksiz havada durğunluq yaranır, havada olan oksigenin miqdarı bir qədər azalır. Bununla yanaşı, nisbi rütubət, xüsusən də axşam saatlarında normadan bir qədər yüksək olur. Həmin bu amillərin vəhdəti təbii ki, insanlarda, xüsusən də meteohəssas insanlarda narahatlıq hissi yaradır.

29.07.2010
Stansiyanın adı | S  a  a  t | Maksimal temperatur | ||||||
11:00 | 12:00 | 13:00 | 14:00 | 15:00 | 16:00 | 17:00 | ||
Bakı | 38.0 | 38.0 | 39.0 | 39.8 | 40.0 | 39.0 | 37.8 | 40.0 |
Neft Daşları | 33.0 | 34.0 | 34.0 | 34.0 | 33.8 | 33.8 | 34.8 | 35.0 |
Sumqayıt | 38.0 | 38.0 | 38.0 | 41.5 | 41.2 | 41.7 | 41.0 | 42.0 |
Maştağa | 38.0 | 39.0 | 39.0 | 39.6 | 39.4 | 40.5 | 40.0 | 41.0 |
Pirallahı | 32.0 | 33.0 | 36.0 | 35.5 | 37.3 | 37.4 | 37.3 | 37.7 |