Ekoloji Şuranın növbəti iclası keçirilmişdir
26 May 2011, 00:00
Respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, bu sahədə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və bu istiqamətdə effektivliyin təmin olunması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın 26 may 2011-ci il tarixdə növbəti iclası keçirilmişdir. İclasda 4 məsələ müzakirəyə çıxarılmışdır.
İclası Şuranın sədri Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov giriş sözü ilə açdıqdan sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıldı.
Şurada müzakirə olunan birinci məsələ - “Mingəçevir - Mingəçevir Stansiyası (dəmiryolu)” Bəhramtəpə yolu üzrə Texniki-İqtisadi Əsaslandırma layihə sənədinin müzakirəsi ilə bağlı Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanov çıxış edərək layihənin məqsədi, əsas texniki göstəriciləri, mühafizə zolağının hüdudları və ətraf mühitin mühafizəsi ilə bağlı layihədə nəzərdə tutulan məsələlər barədə məlumat vermişdir.
Qeyri-hökumət təşkilatları adından isə “Rüzgar” Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayev çıxış edərək inşaat işləri nəticəsində ətraf mühitə mümkün təsirlərin qarşısının alınması üçün tədbirlərin görülməsinin vacibliyini qeyd etmişdir.
Müzakirələr zamanı yolun çəkilişi ilə əlaqədar yerinə yetirilməsi zəruri olan ekoloji tələblər barədə təkliflər irəli sürüldü və təkliflər qəbul olunmaqla sənədin razılaşdırılması məqsədəuyğun hesab edildi.
Müzakirəyə çıxarılmış növbəti məsələ- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış AzDTN 2.7-2 “Yaşayış binaları” normativ sənədinin müzakirəsi ilə əlaqədar Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanov çıxış edərək sənəd layihəsinin əsas prioritet istiqamətləri barədə şura üzvlərinə məlumat vermiş, normativ sənəd layihəsinin hündürlüyü 75 metrədək olan yaşayış binalarının, mənzil tipli yataqxanaların və çoxfunksiyalı binaların tərkibində yaşayış sahələrinin layihələndirilməsi zamanı nəzərə alınmalı olan əsas mühəndis-texniki və təşkilati tədbirləri əks etdirməklə yanaşı, təhlükəsiz istifadə üçün müvafiq normaların müəyyənləşdirildiyini bildirmişdir.
Məsələ ilə əlaqədar qeyri-hökumət təşkilatları adından Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov çıxış edərək rəy və təkliflərini bildirmişdir.
Müzakirəyə təqdim olunmuş sənəd layihəsində təhlükəsiz yaşayış üçün əsas tələblərin təmin olunduğu nəzərə alınaraq və şura üzvləri tərəfindən irəli sürülən təkliflər ümumiləşdirilərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunması qərara alınmışdır.
Müzakirəyə çıxarılmış üçüncü - “İctimaiyyəti cəlb etməklə ölkə ərazisində ekoloji riskli zonalar (daşqın, sürüşmə və s.) üzrə monitorinqlərin keçirilməsi və ictimaiyyətin məlumatlandırılması” məsələsi ilə əlaqədar Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova yaradılmış qruplar və bu qrupların birgə fəaliyyətini təmin etmək üçün hazırlanmış qaydalar haqqında iştirakçılara məlumat verdi. Qeyri-hökumət təşkilatları adından məsələ ilə bağlı öz fikirlərini bildirən Telman Zeynalov çıxışında tullantıların monitorinqi qrupunun da monitorinq qruplarına daxil olunmasını təklif etdi.
Müzakirələr zamanı monitorinq qruplarının tərkibinə sahələr üzrə ekspertlərin, ərazi üzrə bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin də daxil edilməsi tövsiyə olundu.
Yekun olaraq təklif olunan qaydaların yenidən işlənərək hüquqi cəhətdən əsaslandırılması qərara alındı.
Şurada müzakirəyə çıxarılmış sonuncu- “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi ilə bağlı Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev Nazirliyin aidiyyəti qurumlarının və qeyri-hökumət təşkilatlarının təklifləri əsasında yenidən işlənmiş layihə barədə məlumat verdi.
Qanun layihəsinə dair verilmiş təkliflərlə əlaqədar nəzərə alınmayan məqamlara bir daha baxılması iclasda qərara alındı.
Tədbirdə iştirak edən digər QHT nümayəndələri də müzakirəyə çıxarılmış məsələlərlə bağlı müxtəlif təkliflər irəli sürmüş, geniş fikir mübadiləsi aparmışlar.