Alternativ enerji mənbələrindən istifadə sahəsində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilir
18 Mart 2011, 00:00
Azərbaycan Respublikasında alternativ enerji mənbələrindən istifadə imkanlarının artırılması istiqamətində dövlət orqanları tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Bu məqsədlə müvafiq torpaq sahəsinin ayrılması səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli İcra Hakimiyyətlərinə aiddir və müvafiq sərəncamlar vermək onların hüququdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi torpaqayırma prosesində iştirak etmir, yalnız sözügedən qurumlar sərəncam verərkən lazım olan halda rəy verir.
Qeyd edək ki, Nazirlik yeniləşən enerjiyə daim yaşıl işıq yandırır, daxil olmuş müraciətlərə baxaraq, əsasən müsbət rəy verir. Düzdür, qanunla müəyyənləşmiş hallarda insanların məskunlaşdığı yerlər, ərazidəki fauna və floranın mühafizəsi və s. amillər nəzərə alınır.
2011-ci ildə ETSN tərəfindən Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan rayonu ərazisində alternativ enerji mənbəyindən istifadə ilə bağlı torpaqayırma sənədlərinə müsbət rəy verilmişdir.
Yeri gəlmişkən, bildiririk ki, ETSN alternativ enerji sahəsində çoxdandır ki, öz töhfəsini verir. Belə ki, Şahdağda yerləşən Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin və Pirallahı adasında yerləşən hidrometeoroloji stansiyanın enerji təlabatı alternativ enerji ilə təmin olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən alternativ enerji mənbələrindən istifadənin əhali arasında təbliğ olunması məqsədilə respublikanın dağ kəndlərində pilot layihə çərçivəsində bir neçə bioqaz qurğusu quraşdırılmış və kənd ailələrinin istifadəsinə verilmişdir.
Hazırda Şamaxı rayonu Avaxıl kənd orta məktəbini istilik sistemi ilə təmin etmək məqsədilə bioqaz qurğusunun istifadəyə verilməsi üzrə son tamamlama işləri görülür.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2004-cü il tarixli 462 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi səlahiyyətləri çərçivəsində bir sıra tədbirlər həyata keçirmişdir.
Belə ki, alternativ enerji imkanlarının müəyyənləşdirilməsi məqsədi ilə çayların sel xəritəsi tərtib olunmuş, “Abşeron yarımadasında lokal çirkab su təmizləyici qurğuların külək enerjisindən istifadə etməklə işlədilməsi”, “Azərbaycan Respublikasının regionlarında içməli su təmizləyici qurğuların günəş enerjisindən istifadə etməklə işlədilməsi”, “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binalarının alternativ enerji ilə təminatı” ilə bağlı layihə təklifləri hazırlanmışdır.
Həmçinin, Xudat rayonunun ictimai binalarının geotermal su mənbələrinin enerjisindən istifadə etməklə qızdırılması, o cümlədən, Danimarkanın Ətraf Mühit Nazirliyi ilə birgə Sumqayıt və Gəncə şəhərlərinin məişət tullantılarından bioqaz alınaraq kiçik elektrik stansiyalarının qurulması üzrə layihələr hazırlanmışdır.
Geotermal su mənbələri və onların potensialı barədə məlumatlar geotermal su mənbələrindən istifadə üzrə xəritənin hazırlanması məqsədilə aidiyyəti orqana təqdim edilmişdir.
Hazırda geotermal suların istilik enerjisindən səmərəli istifadə edilməsi üçün istilik sistemlərində aşağı istilik keçiriciliyinə malik plastik boruların tətbiqi ilə bağlı məlumatlandırma sistemi hazırlanır.