02 fevral ”“ “Ümumdünya Su-bataqlıq Əraziləri Günü”dür
01 Fevral 2011, 00:00
Azərbaycan Respublikasında ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq əraziləri mövcuddur. Respublikamızda sahəsi 1000 hektardan böyük olan su-bataqlıq sahələrinin sayı 17-yə yaxındır (Böyük və Kiçik Qızılağac körfəzləri, Ağ göl, Mahmudçala, Hacıqabul gölü, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı, Xəzər sahili boyu ərazilər və s.). Həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş növləri toplanır.
“Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında” Ramsar Konvensiyası 1971-ci il 02 fevral tarixində İranın Ramsar şəhərində imzalanmışdır. Konvensiya Azərbaycan Respublikası tərəfindən 2001-ci il 18 iyul tarixində ratifikasiya edilmişdir.
Ağ göl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi 2001-ci il 25 may tarixindən Ramsar Konvensiyasının “Ramsar Siyahısı”na daxil edilmişdir və hazırda digər böyük su-bataqlıq ərazilərinin də bu siyahıya daxil edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 05 iyul tarixli Sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilərək ona Milli Park statusu verilmişdir. Qeyd edək ki, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin də genişləndirilərək Dənizkənarı Milli Parkın yaradılması nəzərdə tutulur.
Su-bataqlıq quşlarının mühafizəsi məqsədilə hər il 2 fevral “Ümumdünya Su-bataqlıq Əraziləri Günü” kimi qeyd olunur. BMT tərəfindən 2011-ci il “Beynəlxalq Meşələr İli” elan edildiyindən, cari ildə “Ümumdünya Su-bataqlıq Əraziləri Günü”nün “Bataqlıqlar və Meşələr” mövzusu altında qeyd edilməsi nəzərdə tutulmuşdur.
Eyni zamanda, bu il Ramsar Konvensiyasının imzalanmasının 40 ili tamam olur.