Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən 2010-cu il ərzində görülmüş işlər
21 Yanvar 2011, 00:00
2010-cu il ərzində Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və qorunması istiqamətində müəyyən işlər görülmüşdür.
Hazırda, ölkəmizdə ümumi sahəsi 890 026,2 ha olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.
2010-cu ildə Almaniya Federal Hökumətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü” proqramı çərçivəsində “Samur-Yalama” Milli Parkı layihəsi ilə əlaqədar zəruri işlərin həyata keçirilməsini təmin etmək məqsədilə açıq tender keçirilmiş və icraçı şirkət müəyyən olunmuşdur.
Layihənin icrası ilə əlaqədar 03 dekabr 2010-cu il tarixində Xaçmaz rayonunun Xudat kəndində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsinin təqdimatı və aidiyyəti təşkilatlar və maraqlı tərəflərlə təcrübə mübadiləsi” mövzusunda təqdimat seminarı keçirilmişdir.
Sumqayıtçay və Qobustan alçaq dağlıq ərazilərində dövlət təbiət yasaqlığının yaradılması məqsədilə zəruri torpaqayırma sənədləri işlənilmişdir və hazırda aidiyyəti qurumlarla razılaşdırma prosedurundadır.
Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer rezervatının yaradılması ilə əlaqədar artıq “Zaqatala-Balakən Biosfer Qoruğunun yaradılması və dayanıqlı İnkişafı üzrə Razılaşmalara dair Protokol”un müvafiq Nazirlik və Komitələrdən daxil olan rəy və təkliflər nəzərə alınaraq işlənmiş son variantı Azərbaycan Respublikası Nazirlər Kabinetnə təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 aprel tarixli Sərəncamı ilə Zooloji Parkın yaradılması ilə əlaqədar Abşeron rayonunun Qobu ərazisində 55 hektar torpaq sahəsi ayrılmışdıÑ€. Zooloji Parkın yaradılması məqsədilə dizayn-layihələndirmə işlərinin aparılması üçün açıq Tender keçirilmiş və qalib şirkət müəyyən edilmişdir. Artıq layihə üzrə master planın və texniki şərtlərin hazırlanması üzərində işlər yekunlaşma mərhələsindədir. 29 dekabr 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Ekodenge” Təşkilatının və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə Zooloji Park Layihəsinin təqdimatı keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 08 iyul tarixli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən layihə nəticəsində artıq ceyranların tarixi areallarından olan Qobustan, Acınohur, Ağgöl ərazilərinə ceyran fərdləri köçürülmüş, 2010-cu ilin yayında Ağgöldə onların təbii artımı müşahidə olunmuşdur. 24 dekabr 2010-cu il tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ceyranların tarixən məskunlaşdığı yerlərdən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı Qobustan-Cəngiçay ərazisinə ilk ceyran sürüsünün (21 baş) buraxılması prosesini izləmişlər.
05-07 iyul 2010-cu il tarixində Qəbələdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq üzrə Avropanın Ətraf Mühit Nazirləri və ekspertlər səviyyəsində Konfrans keçirilmiş və yekun sənəd olaraq “Qəbələ Bəyannaməsi” qəbul olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları tərəfindən respublika ərazisində vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də, digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilmiş, qanunu pozmuş şəxslər Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanuna müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunmuşlar.
22 noyabr 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının ikinci nəşri və bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Nazirliyin və elmi təşkilatların nümayəndələrinin iştirakı ilə yaradılmış Redaksiya Heyətinin və İşçi Qrupunun birgə iclası keçirilmişdir. Tədbirdə “Qırmızı Kitab”ın nəşri ilə bağlı görülmüş işlər barədə müzakirələr aparılmış, yaranmış problemlər təhlil edilərək zəruri istiqamətlər müəyyən edilmişdir.
2010-cu il ərzində milli park və dövlət təbiət qoruqlarının ərazisində qanun pozucularına qarşı 624 akt, 187 protokol tərtib edilmiş, təbiətə 63983,18 manat dəyərində ziyan hesablanmış, inzibati qaydada 114910 manat cərimə tətbiq edilmişdir. Cəmi tətbiq edilmiş 178893,18 manat ziyan və cərimədən 123914,06 manat vəsait xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan xüsusi fondlara ödənilmişdir. 19 iş baxılması üçün hüquq-mühafizə orqanlarına, 54 iş rayon məhkəmələrinə və məhkəmə icraçılarına göndərilmişdir.