Peyk vasitəsilə ceyranların hərəkəti izlənilir
14 Yanvar 2011, 00:00
24 dekabr 2010-cu il tarixində “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində ceyranların tarixən məskunlaşmış yerlərindən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı Qobustan-Cəngiçay ərazisinə üzərində peyk vasitəsilə məlumat toplayan xüsusi siqnalötürücü xaltası olan ilk ceyran sürüsü buraxılmışdır.
Ceyranların boyunlarına bağlanmış xüsusi xaltalar vasitəsilə onların hərəkətləri barədə gündə bir neçə dəfə peyk vasitəsilə məlumatlar alınır. Keçən dövr ərzində 21 başdan ibarət olan ceyran dəstəsi iki sürüyə bölünərək ərazidə məskunlaşmışdır.
12 yanvar 2011-ci il tarixinə olan peyk məlumatlarına əsasən, hazırda ceyranların birinci qrupu Güzdək qəsəbəsinin cənub-qərb, ikinci qrupu isə Abşeron rayonunun Cəngi kəndinin şimal-qərb istiqamətində müşahidə olunur. Hərəkət istiqamətlərindən asılı olaraq Nazirliyin əməkdaşları tərəfindən ceyranların süni yem və su ilə təminatı həyata keçirilir.
Qeyd edək ki, layihə çərçivəsində mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması, quraq ərazilərdə su təminatı və yem təlabatının ödənilməsi, ceyran populyasiyasının mühafizəsinin gücləndirilməsi məqsədilə çevik antibrokonyer qrupların yaradılması və zəruri avadanlıqlarla (motosikllər, atlar, simsiz rabitə vasitələri və s.) təchiz edilməsi üçün intensiv işlər görülmüşdür. Həmçinin, ceyranların təhlükəsizliyinin təmin olunması məqsədilə köçürülmə areallarına yaxın yerlərdəki qəsəbə və kəndlərin əhalisi arasında maarifləndirmə işləri aparılmış, yol kənarlarında, arealların yaxınlığında xüsusi informasiya lövhələri qoyulmuşdur. Lövhələrdə ceyran ovunun qadağan edilməsi barədə məlumatlar verilir.
Bildiririk ki, Qobustan-Cəngiçay ərazisi ceyranların tarixi areallarından biri sayılır və layihəyə əsasən buraya 150-dək ceyranın köçürülməsi nəzərdə tutulub.
“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində ceyranların tarixi ərazilərində məskunlaşdırılması işi 2011-ci il ərzində də davam etdiriləcəkdir.