Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (yanvar ayının I ongünlüyü üçün)

12 Yanvar 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvar ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Yanvar ayının I ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının III ongünlüyünə nisbətən 1 m3/san azalaraq 126 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 1.2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 81 m3/san olmuşdur. Belə ki, Horadiz və I Şahsevən məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,64-6,51 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.