Ziyanvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir
09 İyul 2010, 00:00
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Magistral avtomobil yollarının yaşıllaşdırılması haqqında” 30 oktyabr 2007-ci il tarixli 2471 saylı sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı-Ələt-Hacıqabul magistral avtomobil yolunun Atbulaq-Hacıqabul mühafizə zolağının 28 kilometrlik hissəsində 112 hektar ərazidə qoruyucu yaşıllıq zolağı salınmış və nəticədə yüksək bitiş alınmışdır.
Lakin son günlər ziyanvericilərdən olan Mərakeş və Asiya çəyirtkə sürüləri havadan görünən yeganə yaşıllıq ərazisi olan Ələt-Hacıqabul magistral avtomobil yolunun Nəvahi-Hacıqabul hissəsinin sağ və sol tərəflərində 20-25 hektar ərazidəki bir neçə növ ağac və kol cinslərinin yarpaqlarını yeyərək onları tamamilə çılpaq vəziyyətə salmışdır.
Qeyd edək ki, mütəxəssislərin rəyinə görə bu ağac və kolların öz yarpaq örtüyünü bərpa edəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ziyanvericilərlə Mübarizə İdarəsi, Fövqaladə Hallar Mərkəzi və yerli qurumlar tərəfindən tədbirlər (dərmanlama, gübrələmə, əlavə becərmə və suvarma işləri) görülməsinə baxmayaraq vəziyyətdən hələ də çıxmaq mümkün olmamış və Meşələrin İnkişafı Departamenti bu səbəbdən fövqaladə hal vəziyyətinə keçmişdir.
Bundan sonra belə halların qarşısı kimyəvi mühafizə metodları ilə alınacaq.