“Bioloji müxtəliflik və minilliyin inkişaf məqsədlərinə nail olunması” mövzusunda keçirilən beynəlxalq konfransda Qəbələ Bəyannaməsi qəbul olundu
07 İyul 2010, 00:00
7 iyul 2010-cu il tarixində Qəbələ rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məqsədi ilə “Bioloji müxtəliflik və minilliyin inkişaf məqsədlərinə nail olunması” mövzusunda beynəlxalq konfrans keçirildi.
Konfransda Türkiyə,Gürcüstan, İngiltərə, Moldova, Belarusiya, Qırğızıstan və Yunanıstanla yanaşı digər ölkələrin yüksək səviyyəli qonaqları da iştirak etdi.
Konfransı giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov iştirakçılara Azərbaycanın biomüxtəlifliyinin inkişafı ilə bağlı məlumat verdi.
BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru Kristof Buvye isə biomüxtəlifliyin qorunub saxlanmasında gələcək amillərin nəzərə alınmasının vacibliyini qeyd etdi.
Konfransda BMT-nin Ətraf Mühit Proqramının Yaşıl Təsərrüfat üzrə qrup rəhbəri və biomüxtəliflik təşəbbüslərinin iqtisadiyyatı üzrə təlim rəhbəri Pavan Sudkevin video çıxışına baxıldı, eləcə də, BMT-nin Biomüxtəliflik Konvensiyasının icraçı katibi Əhməd Coqlafın videomüraciəti dinlənildi.
Daha sonra “Yaşıl iqtisadiyyat, ekosistemlərin iqtisadiyyatı və biomüxtəliflik”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və ekoloji şəbəkələr, ətraf icmalarda yoxsulluğun azaldılması”, “Biomüxtəliflik Konvensiyasının 2010-cu ildən sonrakı məqsədləri və strateji planı: Avropa regionu üzrə prioritetlər” mövzularında keçirilən dəyirmi masalarda biomüxtəliflik üzrə beynəlxalq ekspertlərin çıxışları dinlənildi.
Tədbir çərçivəsində konfrans iştirakçıları ETSN tərəfindən təşkil olunmuş Azərbaycan təbiəti, bioloji müxtəliflik, onun qorunması, öyrənilməsi, təbliği, artırılması, bərpası və davamlı inkişafı sahəsində dövlət və Qeyri Hökumət Təşkilatları tərəfindən görülən işlər və nailiyyətləri tərənnüm edən sərgi ilə tanış oldular. Bioloji Müxtəliflik Konvensiyası çərçivəsində görülmüş işlərin əməli nəticələrini özündə əks etdirən bannerlər və Azərbaycanın Milli Parkları haqqında bukletlər Avropa nümayəndələrinə nümayiş etdirildi.
Dəyirmi masalarda aparılan müzakirələrin yekunu olaraq konfransın sonunda Qəbələ Bəyannaməsi qəbul olundu.
Xatırladaq ki, konfransın məqsədi 2010-cu ilin sentyabr ayında Nyu-Yorkda təşkil olunacaq BMT-nin Baş Assambleyasına Avropa regionunun töhfəsinin verilməsidir.