Hərə öz arşını ilə ölçür...
17 İyun 2010, 00:00
ETSN-nin saytında yerləşdirilmiş “Eks məhbus ayının fikirləri” adlı alleqorik yazı çoxdandır gözə görünməyən “Turan pinqvinləri”ni hərəkətə gətirərək azsaylı qrupu xeyli həyəcanlandırıb və nəticədə “Turan” informasiya agentliyinə istinadən bəzi mətbu orqanlarda müxtəlif başlıqlı yazılar dərc olunub.
“Ayı dilini bilən və ayılarla əməlli-başlı söhbət edən” həmin məmurlara Turan İnformasiya Agentliyinin pinqvinlərin, hətta uzunqulaqların da dilini bildikləri məlumdur və buna təəccüb etmirlər.
Əslində, zarafatı bir kənara qoysaq, Ekologiya Nazirliyində ayılar üzrə mütəxəssisin olması təbiidir. Hər halda Turan agentliyinin xarici dildə saytların birində pinqvinlərin, eləcə də uzunqulaqların adından danışmasından daha təbiidir. “Turana” məsləhət görürük ki, ikiüzlülük, riyakarlıq etməsin.
Təhqirə qaldıqda, bizim mətndə heç bir təhqiramiz söz yoxdur. Təhqir etmək istəyi də görünmür. Vətəndaşın beş ay gecikmiş həyəcanından doğan hədəsini zarafatla qarşıladıq və eyni zamanda görülən iş barədə tam hesabat verdik. Hər halda, üzrxahlığımızı da qəbul etməsini rica edirik.
“Turançılardan” fərqli olaraq heç kəsin adlarını tərbiyəsizlik edib təhqiramiz şəkildə təhrif də etməmişik. Bunu edən “Turan” olub. Özlərinin cürət edib həyata keçirə bilmədikləri mürəkkəb layihə ilə bağlı başqalarını, “Turan”ın səviyyəsinə düşüb, lağa da qoymamışıq. Bu kimi ədəbsizlik edənlərin riyakarlıq dolu yazı ilə çıxışını qeyri-səmimi, ikiüzlülük nümunəsi hesab edirik.
O ki, qaldı, həmin yazını dərc edən bəzi mətbu orqanlara, təsəvvür yaranır ki, onlar da bu səma üzü görməyən “quşların” dilini yaxşı bilir. Amma bu bizi təəccübləndirmir.
İsterikaya qapılmış nadir “Turan pinqvinləri”
üzrə baş psixoloq-mütəxəssis