Xəbərlər

Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan mikrobioloji təhlillərin müqayisəli nəticələri

07 İyun 2010, 00:00

Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007”“ci il 20 iyun tarixli 2244 â„–”“li “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncam imzalanmışdır.
Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 16 ədəd modul tipli təmizləyici qurğular quraşdırmışdır.
Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi nəticəsində Xəzər akvatoriyasının daha da təmizlənməsinə və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından bidəfəlik çıxarılmasına nail olunacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini keçirir.
Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə (ABŞ, Almaniya, Türkiyə, Fransa, İtaliya, Tayvandda istehsal olunmuş və Türkiyədə komplektləşdirilmiş) aparılan monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınmışdır. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlamış, son 2 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimum həddə çatmışdır. Aparılan tədqiqatların nəticələrinə görə qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.
Lakin belə qurğuların quraşdılmadığı məntəqələrdə ötən il olduğu kimi (Səbayıl rayonun Şıx və Qaradağ rayonun Sahil qəsəbəsinin çimərlik ərazisində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınmışdır. Belə ki, qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilmışdir.
2010-cu il may-iyun aylarında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində aparılan mikrobioloji təhlillərin nəticələri aşağıdakı kimidir:

 

Rayonun adı

Çimərlik-lərin adı

Mikrobioloji çirklənmə dərəcəsi, bağırsaq çöpü bakteriyalarının miqdarı (ədəd/litr) Norma göstəricisi  < 5000

 

 

 

2007

2008

2009

2010-cu ilin cari dövrü

1

Sumqayıt

Sumqayıt

12800-310000çirkli

11500-260000çirkli

10300-250000 çirkli

9500-180400 çirkli

2

Binəqədi

*Novxanı

14300-25000çirkli

9800-17000çirkli

7600-8900zəif çirkli

normal

3

Sabunçu

*Pirşağı

9600-15600çirkli

normal

normal

normal

4

Sabunçu

*Nardaran

6400-9900 zəif çirkli

normal

normal

normal

5

Sabunçu

*Bilgəh

4700-7800zəif çirkli

normal

normal

normal

6

Xəzər

*Zaqulba

normal

normal

normal

normal

7

Xəzər

*Buzovna

6300-12700çirkli

normal

normal

normal

8

Xəzər

*Mərdəkan

6400-13500çirkli

normal

normal

normal

9

Xəzər

*Şüvəlan

6400-14100çirkli

normal

normal

normal

10

Suraxanı

Hövsan

10500-13700çirkli

15500-13000 çirkli

14300-11000çirkli

normal

11

Səbail

Şıx

8000-14500çirkli

7700-14300çirkli

7200-13500çirkli

4500-11200 çirkli

12

Qaradağ

Sahil

7500-11500çirkli

7600-11400çirkli

7500-10500çirkli

3000-13800 çirkli



Qeyd: < 5000 ”“ normal, 5000-10000 ”“ zəif çirkli, >10000 ”“ çirkli
* - lokal modul tipli təmizləyici qurğuların mövcud olduğu yerlər

P.S. Abşeron yarımadasının sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının miqdarı normadan dəfələrlə artıq təyin edilmişdir. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınmışdır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan təhlillərin nəticələrinə görə də qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. ETSN və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzrəində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarının minimum həddə çatmasını təsdiq edir. Göründüyü kimi, son 2 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı norma həddinə çatmışdır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Sahil qəsəbəsinin “Sahil” və “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.