Təkzib təhrif olunmamalıdır!
27 Aprel 2010, 00:00
Qəzetinizin 23 aprel 2010-cu il tarixli 88 (4241) sayında Azad adlı şəxsin imzası ilə dərc olunmuş “Dünya Bankından Hakimiyyətə sərt təpki” başlıqlı məqalənin tamamilə əsassız olduğunu, heç bir fakta söykənmədiyini və sırf qərəz xarakteri daşıdığını diqqətinizə çatdırırıq.
Məqalənin müəllifi Dünya Bankı tərəfindən ayrılmış qrantın guya mənimsənilməsi barədə heç bir fakta əsaslanmayan fikir irəli sürür və ayrılmış vəsaitin guya təyinatı üzrə xərclənmədiyi və ona görə də vəsaitin geri qaytarılması ilə əlaqədar Azərbaycan Hökumətinə rəsmi məktub göndərildiyini iddia edir.
Hətta təhriflərə söykənən bu uydurulmuş məsələ süni surətdə siyasiləşdirilərək Dünya Bankı ilə Azərbaycan Hökumətini qarşı-qarşıya qoymaq məqsədi güdür və bununla həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həm də bütövlükdə Azərbaycan Dövlətinin mənafeyinə ciddi zərbə vurulur və cəmiyyətdə çaşqınlıq yaradılmasına səy göstərilir.
Səriştəsizliyi, eyni zamanda qərəzliliyi ilə müəllif, Dünya Bankından Azərbaycan Hökumətinə daxil olmuş məktubun məzmununu və mahiyyətini bilmədən (yaxud qəsdən təhrif etməklə) qarayaxma yolu ilə rəsmi məktub barəsində yanlış və məsuliyyətsiz fikir yürüdür.
Nəzərinizə çatdırırıq ki, heç də məqalədə göstərildiyi kimi, bu, “Şahdağ” layihəsi deyil, Dünya Bankının “Kənd ətraf mühit” layihəsidir (bu yazı müəllifinin qeyri-dəqiqliyinə və qeyri-peşəkarlığına dəlalət edən bir faktdır). Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında imzalanmış Sazişə əsasən layihənin başa çatma tarixi 31 dekabr 2009-cu il müəyyən edilib.
Ən əsası isə layihənin icra müddətinin bitməsi ilə əlaqədar Dünya Bankı razılaşdırılmış prosedurlara müvafiq olaraq 2009-cu ilin noyabr ayında Azərbaycan Hökumətinə rəsmi məktubla müraciət etmiş və məqalə müəllifinin uydurması kimi vəsaitin geri qaytarılmasını deyil, Azərbaycan Hökumətinin sorğusuna əsasən vəsaitin digər prioritet layihələrin icrasına yönəldilməsinə qərar vermişdir.
Ayrılan qrant vəsaitinin “mənimsənilməsi” haqqında irəli sürülən yanlış iddia ilə bağlı diqqətinizə bunları çatdırırıq:
”¢ Layihəyə ayrılan vəsait bilavasitə Dünya Bankının xüsusi hesablarında yerləşdirilmişdir;
”¢ Bütün xərclənən vəsait Beynəlxalq məsləhətçilərin hazırladığı hesabatlar əsasında Dünya Bankı tərəfindən təsdiq edilmişdir;
”¢ Bütün ödənişlər Dünya Bankı tərəfindən birbaşa icraçı şirkətlərə edilmiş və onlara nəzarət olunmuşdur.
Yazı müəllifinin daha bir yanlışlığı ondan ibarətdir ki, qrant vəsaitləri guya ETSN-nin yaratdığı firmalar və QHT-lər vasitəsilə xərclənib. Ona görə yazarın bu yanlış fikirlərinə də aydınlıq gətiririk:
”¢ Rəhbəri Rauf deyil, Ruslan Acalov olmuş Layihələrin İcra Qrupu (LİQ) məhz Dünya Bankı tərəfindən bir mərkəz kimi 1999-cu ildə təsis edilmiş (o zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyi mövcud deyildi) və Dünya Bankının tabeçiliyində olmuşdur. 2007-2009-cu illər ərzində “Kənd ətraf mühit” layihəsini həyata keçirmişdir;
”¢ ETSN isə yalnız layihənin icrası dövründə ümumi koordinasiya işlərini həyata keçirmişdir;
”¢ Layihənin yekunları Dünya Bankının müəyyən etdiyi beynəlxalq auditor şirkəti tərəfindən yoxlanılmışdır.
Layihədə iştirak etmiş şirkətlər alyansı:
”¢ Danimarkanın “Grontmij/Carl Bro” şirkətinin iştirak etdiyi şirkətlər alyansı;
”¢ Türkiyənin “İCON independent consultants İnc.” şirkətinin iştirak etdiyi
şirkətlər alyansı;
”¢ Almaniyanın “GOPA” şirkətinin iştirak etdiyi şirkətlər alyansı;
Bir daha nəzərinizə çatdırırıq ki, sözügedən layihənin icrası rəsmi olaraq 31 dekabr 2009-cu ildə başa çatmışdır. Lakin 19 dekabr 2006-cı ildə başlanmış layihəyə ümumi ayrılmış vəsaitin cüzi hissəsindən istifadə edilmişdir. Ona görə də Dünya Bankı tərəfindən istifadə edilməmiş qalan vəsait hesabına digər layihələrin icrasına qərar verilmişdir.
Sual olunarsa, nə üçün Layihə başa çatıb və “Şahdağ Milli Parkı”na ayrılmış vəsait istifadə olunmadan digər layihələrin icrasına yönəldilib, bildiririk ki, Milli Parkın yaradılması Respublikamızın 6 inzibati rayonunun ərazilərini əhatə etdiyi üçün ərazinin razılaşdırılması zamanı ETSN ərazidəki torpağın intensiv istifadə və otarılma səbəbindən həddindən artıq yüklənməsini və həmin ərazilərin biomüxtəlifliyinin qorunmasının vacibliyini əsas tutaraq, daha geniş ərazilərin Milli Parka daxil olunmasına maraqlı olmuşdur. Bu istiqamətdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və digər əlaqədar qurumlarla müzakirələr çox vaxt aparmışdır. Nəticədə də vəsaitin əsasən milli parkların idarəetmə planlarının, dizaynının hazırlanması kimi işlərin görülməsi müqabilində məsləhətçi şirkətlərə aid hissəsi istifadə edilmişdir. Yeri gəlmişkən Layihə üzrə nəzərdə tutulmuş işlər ilə əlaqədar Nazirlik artıq 115 min hektardan çox ərazisi olan Milli Parkın yaradılmasına nail olmuş, həmin ərazidə Milli Parkın fəaliyyəti üçün Əsasnamə təsdiq edilmiş, müsabiqə yolu ilə yüksək ixtisaslı işçilərin işə qəbulu başa çatdırılmış və hal-hazırda Nazirlik Parkın ərazisinin daha 18 min hektara qədər genişləndirilməsi işlərini yekunlaşdırmaq mərhələsindədir.
Bir faktı da nəzərinizə çatdırmaq istərdik ki, məhz Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin inkişafı istiqamətində əldə olunmuş nailiyyətlər nəticəsində 2003-2009-cu illər ərzində Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin sahəsi 478 min hektardan 876 min hektara çatdırılmış, yəni ölkə ərazisinin 4,5 % -dən 10,1 %-nə qədər artırılmış, bu dövr ərzində 8 Milli Park yaradılmışdır. Sözügedən məqaləniz isə son illərdə Nazirlik tərəfindən həyata keçirilən tədbirlərə kölgə salmaqdan başqa bir şey deyildir.
Layihələrin İcra Qrupunun əməkdaşlarının nazirliyə işə götürülməsinə gəldikdə isə məhz Dünya Bankı tərəfindən müsabiqə əsasında seçilmiş mütəxəssislərin təcrübəsi nəzərə alınaraq, onlardan artıq 3-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyində işlə təmin edilmişdir. Yeri gəlmişkən “Nazirin yaxın adamı” olaraq təqdim edilmiş Ruslan Acalov hələ Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaranmamışdan öncə Dünya Bankı tərəfindən Layihələrin İcra Qrupunun direktor müavini vəzifəsinin icrasına cəlb edilmişdir. Bu baxımdan Ruslan Acalovun Nazirlə xüsusi əlaqələri fikri cəfəngiyatdır.
ETSN olaraq bildiririk ki, Dünya Bankı layihələrində çalışan işçilərin Nazirlikdə işə cəlb edilməsinə maraqlı olmuşuq, indi də maraqlıyıq.
Bundan əlavə qəzetinizin 15 aprel 2010”“cu il tarixli sayında da eyni müəllifin imzası ilə “Hüseynqulu Bağırovun geoloji kəşfiyyatı” sərlövhəli məqalə dərc edilmiş, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin fəaliyyəti haqqında yalan , həqiqətə uyğun olmayan məlumatlar və qərəzli ifadələr işlədilmişdir.
Yazıda heç bir əsas olmadan Milli Geoloji Kəşfiyyat Xidmətinin tabeliyində 11”“dən artıq ekspedisiyanın olması, Xidmətə dövlət büdcəsindən orta hesabla hər il 9 milyon manat maliyyə vəsaiti ayrılması, ekspedisiyalarda icra edilmiş geoloji işin yalnız sənədləşdirilməsinin aparılması və işçilərin böyük əksəriyyətinin 6”“8 ay öz hesablarına “istirahət- məzuniyyətə” göndərilməsi, həmçinin Geoloji işlərin icrasında nəzarəti həyata keçirən Elmi Şuranın fəaliyyətinə xitam verilməsi barədə tamamilə yalan və həqiqətə uyğun olmayan fikirlər işlədilmişdir.
Bildiririk ki, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətində 11 deyil, 8 ekspedisiya, “Mineral”“Xammal Elmi”“Tədqiqat İnstitutu və “Geoloji Sahələrarası Kompleks Tədqiqatlar Mərkəzi”, yəni laborator tədqiqatlar mərkəzi fəaliyyət göstərir, çöl işlərinə isə faktiki olaraq tam heyətdə işçi qüvvəsi cəlb olunmaqla onlarla əmək münasibətləri “Əmək məcəlləsi”nə və qanunvericiliyə uyğun tənzimlənir.
Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji”“axtarış və kəşfiyyat işlərinə sizin iddia etdiyiniz 9 milyon manat vəsaitə gəldikdə isə 2009-cu ildə 5,4 mln manat, 2010-cu ildə isə 5,7 mln manat dövlət vəsaiti ayrılmışdır ki, bu da 2500 nəfərdən çox işçisi olan kollektiv üçün elə də böyük bir vəsait deyil. Məhz bu vəsaitlərin ayrılması hesabına indiyə qədər Azərbaycan ərazisində 26 sənaye qrupu üzrə 642 yatağın sənaye ehtiyatları, bunlardan 12 sənaye qrupunda 120 yatağı, o cümlədən 2 polimetal, 1 əlvan metal, 4 nəcib metal yataqlarının sənaye ehtiyatları balansa alınmışdır.
Hazırda bu yataqlardan birində istismar”“emal işləri həyata keçirilir, digər qızıl yatağında isə dəqiq kəşfiyyat işləri sona çatmaq üzrədir və 2012”“ci ildə istismara başlanacaqdır.
Bu gün Azərbaycanda geniş inşaat”“quruculuq işləri həyata keçirilir və inşaatın bütün materiallarla, yəni daş, kərpic, qum, çınqıl, sement və b. Azərbaycan geoloqlarının əməyi sayəsində aşkar edilmiş müvafiq xammal yataqlarının hesabına təmin edilir.
Bəs əgər, geoloqlar “... 6”“8 ay öz hesablarına “istirahət”“məzuniyyətə göndərilir”mişlərsə o zaman bütün bu yataqları kim kəşf edir və bu işləri kim yerinə yetirirmiş?
Qeyd edək ki, naryad sistemli uçot aparılmamasından xəbəri olmayan müəllifin yazısında “Bankdan maliyyə vəsaiti alındıqdan sonra 2 nömrəli forma və “naryad” ona uyğun tərtib edilir” kimi ifadələrin işlədilməsi onun və informasiya aldığı mənbənin naşılığı və savadsızlığını bir daha nümayiş etdirir. Reallıqda isə Azərbaycanda geoloji kəşfiyyat və axtarış işləri hər il müvafiq Dövlət Sifarişi əsasında həyata keçirilir və 23 nəfərdən ibarət Elmi Texniki Şura bu gün də mütəmadi qaydada öz işini davam etdirir.
Qeyd olunanlar bir daha məqalələrdəki böhtanları və müəllifin qərəzliliyini sübut edir.
Nəzərinizə çatdırmaq istərdik ki, biz, dövlət qurumu olaraq KİV-in hər hansı obyektiv tənqidinə daim dözümlülük nümayiş etdirmişik və KİV-lə məlumat mübadiləsi sahəsində normal əlaqələrə malikik. Lakin bu adıçəkilən yazılar obyektivlikdən uzaq olduğundan və faktlara əsaslandırılmadığından qərəz kimi qəbul olunur. Buna görə də hər iki məqalə ilə əlaqədar KİV Haqqında Qanunun 10-cu maddəsinin tələbləri pozulduğu üçün həmin qanunun “İnformasiyaya düzəliş, təkzib və cavab verilməsi” fəslinin 44 və 45-ci maddələrinə əsaslanaraq təkzib verilməsini və üzr istənilməsini tələb edirik. Əks halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrini əsas tutaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəkdir.
P.S. “Azadlıq” qəzetində dərc olunmuş “Dünya Bankından hakimiyyətə sərt təpki”, “Hüseynqulu Bağırovun geoloji kəşfiyyatı” başlıqlı məqalələrə ETSN tərəfindən təkzib verilməsi üçün göndərilmiş bu məqalə qəzetin 27 aprel 2010-cu il tarixli 91 (4244) sayında fərqli şəkildə dərc edilmişdir. Yuxarıda qırmızı rənglənmiş hissələr onların qeyd etdiyi kimi qəzetin “kiçik ixtisarlar”ıdır. Əslində dəqiq məqamları, hətta bəzi sözləri belə çıxararaq onlara sərf edən tərzdə məqaləni dərc etmələri qəzetin “qərəzsizliyini” bir daha “sübut edir”.
Bununla da ölkədə ekoloji qanunvericiliyi pozanlara - ağac kəsənlərə, çirkab axıdanlara və digər ekoloji tarazlığın qorunmasına əməl etməyənlərə qarşı tərəfimizdən mübarizə gücləndirildikcə, bəzi Kütləvi İnformasiya Vasitələri hansısa məqsədlər güdərək qanuni fəaliyyətimizə kölgə salmağa çalışırlar.