2010-cu il aprel ayının əvvəlində ölkənin əsas çaylarında və iri su anbarlarında mövcud vəziyyət
15 Aprel 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 2010-cu ilin mart ayında Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və dağətəyi zonalarındakı qar örtüyündə su ehtiyatlarının müəyyən edilməsi məqsədilə qarölçmə işləri aparmışdır.
Aparılan ölçmə işləri nəticəsində məlum olmuşdur ki, Respublika çaylarının gursululuq axımı əsasən çay hövzələrində qış dövrü ərzində 1000-3500 m yüksəklik zonasında toplanan qar ehtiyatları və yaz dövründə düşən yağıntılar hesabına formalaşacaqdır.
2009-2010-cu illərin qış aylarında Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və dağətəyi zonalarında qar örtüyünün əmələ gəlməsi yanvar ayının axırı və fevral ayının birinci yarısında başlamış, dağlıq ərazilərdə havaların şaxtalı keçməsi yanvar-fevral aylarının ayrı-ayrı günlərində qar örtüyünün qalmasına səbəb olmuşdur. Lakin fevral və mart aylarında hava şəraitinin anomal isti keçməsi və temperaturun ayrı-ayrı günlərdə yüksəlməsi orta dağlıq ərazilərdə qarın əriməsilə nəticələnmişdir:
Qanıx çayının hövzəsində qar örtüyündə sululuq 35,6 mm və ya normanın (norma 77,9 mm) 46, Əyriçay hövzəsində 28,1 mm və ya normanın (norma 72,8 mm) 39, Şirvan çaylarının hövzələrində 37,1 mm və ya normanın (norma 53,6 mm) 69, Böyük Qafqazın şimal-şərq yamacında 44,7 mm və ya normanın (norma 59,7 mm) 75, Kiçik Qafqazın şimal-şərq yamacında 37,1 mm və ya normanın (norma 57,3 mm) 65, Naxçıvan MR çaylarının hövzələrində 65,1 mm və ya normanın (norma 67,1 mm) 97%-ni təşkil edir.
Gürcüstan Hidrometeorologiya Departamentindən alınan məlumata görə bu il Gürcüstan ərazisində Kür və Qanıx çaylarının hövzələrində aparılan qarölçmə işlərinin nəticələrinə əsasən Kür çayının hövzəsində qar örtüyündə sululuq normanın 105%-ni, Qanıx çayının hövzəsində isə 40 %-ni təşkil etmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə fevral ayının 2-ci ongünlüyündən və mart ayından başlayaraq temperaturların yüksəlməsi, eləcə də ayrı-ayrı günlərdə yağan yağışlar nəticəsində orta dağlıq ərazilərdə qar örtüyü tədricən ərimiş və çaylarda sululuğun artımı müşahidə olunmuşdur.
Hal-hazırda Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 195-230, Quba-Xaçmaz bölgəsi çaylarında normanın 250-350, Qudiyalçay-Küpçalda normanın 200, Kiçik Qafqaz çaylarında normanın 160-190, Naxçıvan MR çaylarında normanın 55-85, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 25-60 %-ni təşkil edir.
Kür çayının Qıraq Kəsəmən məntəqəsində su sərfi 530 m3/s (normanın 113 %-i), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 127 m3/s-dir (normanın 92 %-i).
Kür çayının Gürcüstan ərazisindəki Tiflis məntəqəsində su sərfi 542 m3/san (normanın 152 %-i) təşkil edir.
2009-cu ilin müvafiq dövrü ilə müqayisədə Mingəçevir su anbarının səviyyəsi 1,64 m, Araz su anbarının səviyyəsi 2,46 m, Ceyranbatan su anbarının səviyyəsi 1,13 m, Şəmkir su anbarının səviyyəsi isə 3,31 m çoxdur.
Kür çayının aşağı axınında hazırki səviyyələr 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 23-182 sm, keçən il ilə müqayisədə isə 364 sm yuxarıdır.
Avropa Ortamüddətli hava Proqnozlar Mərkəzinin fəsillik proqnozlarına görə bu ilin yaz-yay aylarında (aprel-may-iyun) Qafqazın mərkəzi ərazilərində yağıntıların normaya yaxın, dağlıq ərazilərdə normadan çox, temperaturların isə normadan 0,5-1,0 dərəcəyədək yuxarı olacağı gözlənilir.
Gürcüstan Hidrometeorologiya Departamentindən alınan məlumata görə aprel ayında Gürcüstanın şərq rayonlarında yağıntıların normadan aşağı, temperaturların isə normadan 1 dərəcə yuxarı olacağı proqnoz verilir.
Gursululuq dövründə Kür çayının Tiflis məntəqəsində gözlənilən axım 533 m3/s və ya normanın 116%-i (norma- 459 m3/s), Qanıx (Alazan) çayının Şakriani məntəqəsində isə gözlənilən axım 83,3 m3/s və ya normanın 105%-i (norma-79,4 m3/s) olacağı gözlənilir.
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun Respublika ərazisi üzrə hazırladığı aylıq hava proqnozuna əsasən aprel ayında Respublikanın ərazisində yağıntıların normaya yaxın, temperaturların isə normadan 2-3 dərəcə yuxarı olacağı gözlənilir.
Çay hövzələrindəki faktiki vəziyyət və meteoroloji proqnoza əsasən bu ilin yaz-yay (aprel-iyun) gursululuq dövründə Kür çayından Şəmkir su anbarına gözlənilən axımın 550-650 m3/s və ya normanın 96-114%-i (norma-572 m3/s), Qanıx çayından Mingəçevir su anbarına axımın 120-170 m3/s və ya normanın 68-96%-i (norma-177 m3/s), Araz çayından Araz su anbarına axımın 220-280 m3/s normanın 74-94%-i (norma - 298 m3/s) olacağı gözlənilir.
Böyük Qafqazın şimal-şərq (Quba-Xaçmaz) yamacı çaylarında sululuğun normanın 97-118, cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında 103-122, Kiçik Qafqaz (Daşkəsən-Gədəbəy) çaylarında 62-74, Naxçıvan MR çaylarında 62-90, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 58-61%-ini təşkil edəcəyi ehtimal olunur.
Gursululuq dövrünün ayrı-ayrı günlərində temperaturun yüksəlməsi və yüksək dağlarda qarın əriməsi, xüsusən də yağan leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Kişçay, Şinçay, Talaçay, Kürmükçay, Göyçay, Girdimançay və s.), şimal-şərq yamacının (Qusarçay, Qudiyalçay, Vəlvələçay, Qaraçay və s.), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay və s.), Naxçıvan MR-nın (Naxçıvançay, Cəhriçay, Əlincəçay, Gilançay və s.) və Lənkaran-Astara bölgəsinin (Lənkərançay, Viləşçay və s.) çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.
Milli Hidrometeorologiya Departamentinin proqnozlarına əsasən aprel ayında temperaturların normadan yuxarı olacağını və bununla əlaqədar dağlıq ərazilərdə qarın intensiv əriyəcəyi, yağıntıların normaya yaxın olacağı, həmçinin, Mingəçevir, Araz su anbarlarında və Kür çayının aşağı axınında suyun hazırkı səviyyəsinin ötən illərdəkindən yuxarı olduğunu nəzərə alaraq, aprel və may aylarında Kürün aşağı axınında su basma hallarının baş verəcəyi gözlənilir.