Nərəkimilərin sənaye ovunun məhdudlaşdırılmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin münasibəti
11 Dekabr 2009, 00:00
Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Xəzəryanı dövlətlərin müvafiq qurumlarına Xəzər dənizində nərəkimilərin sənaye ovuna müvəqqəti moratoriya qoyulması müraciəti ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi aşağıdakıları bildirir:
Hər bir Xəzəryanı dövlət bir tərəfli qaydada nərəcinsli balıqların sənaye məqsədilə ayrılmış milli kvotasından tam və ya hissəli olaraq imtina etmək səlahiyyətinə malikdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qazaxıstan Respublikası tərəfindən irəli sürülən təklifə dair bildirir ki, nərəcinsli balıqların sənaye ovuna tam qadağa qoyulması, bu balıqların ehtiyatlarının artırılması və mühafizə edilməsi haqqında birtərəfli Sazişin bağlanmasından sonra mümkün ola bilər.
Qeyd edək ki, Azərbaycan Respublikası artıq 30 ildir kələmo (şip) balığının ovu kvotasından könüllü olaraq imtina etmişdir.
2009-cu il 15-16 iyul tarixində İran İslam Respublikasının Bəndər-Ənzəli şəhərində keçirilən Xəzər dənizinin Su Bioresursları Komissiyasının 30-cu iclasında isə Azərbaycan tərəfi nərəkimilərin daha bir növünün - bölgənin kvotasından birtərəfli qaydada imtina etdiyini bəyan etmişdir.
Bununla da Azərbaycan Respublikası nərəkimilərin sənaye məqsədləri üçün ovlanması mümkün olan 4 növündən - kələmo, bölgə, uzunburun və nərədən yalnız ikisinin kvotasından istifadə edir.
Uzunburun növünün ehtiyatında yaranmış gərginlik nəzərə alınaraq onun da sənaye ovuna qadağa qoyulması məsələsi Azərbaycan tərəfindən araşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər Xəzəryanı ölkələri də bu təşəbbüsə qoşularaq bu və ya digər balıq növlərinin sənaye ovundan imtina etməyə çağırır.