Xəbərlər

Respublikanın çaylarında və Transsərhəd çaylarda mövcud vəziyyət

25 Sentyabr 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə 20-23 sentyabr tarixlərində səhərədək yağan leysan yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın eyni zamanda Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Hazırda ən yüksək sululuq Respublikanın Qazax-Gəncə bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 165-175, Quba-Xaçmaz bölgəsi çaylarında isə normanın 130-155 faizini təşkil edir. Digər çaylarda isə normaya yaxın sululuq müşahidə edilir. Belə ki, Balakən-Şəki və Lənkəran-Astara bölgəsi çaylarında normanın 95-115 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Hal hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 158 m3/san (ongünlük normanın 113 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 54 faizi olmaqla 54 m3/san olmuşdur.
Qanıx çayından Mingəçevir su anbarına axım isə 127 m3/san (ongünlük normanın 132 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 33 faizi olmaqla 32 m3/san olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlər yağan leysan yağışlar nəticəsində Kür çayına tökülən çaylarda sululuğun kəskin artması nəticəsində Kür çayının aşağı axımında səviyyə artmışdır. Belə ki, son 5 gün ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 153 sm artaraq 484 sm (2008-ci ildə 320 sm), Şirvanda səviyyə 110 sm artaraq 400 sm (2008-ci ildə 237 sm), Salyanda səviyyə 150 sm artaraq 436 sm (2008-ci ildə 270 sm), Bankədə səviyyə 54 sm artaraq 321 sm (2008-ci ildə 253 sm), Araz-Novruzluda səviyyə 92 sm artaraq 305 sm (2008-ci ildə 120 sm) təşkil etmişdir.
Böyük su anbarlarında hazırki vəziyyət
Şəmkir su anbarının hazırki səviyyəsi 148,70 metr (2008-ci ildə 151,65 metr), Mingəçevir su anbarının səviyyəsi 78,92 metr (2008-ci ildə 76,51 metr), Araz su anbarının səviyyəsi isə 771,24 metr (2008-ci ildə 766,60 metr) təşkil edir.