Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında yoxlama aparılmışdır
27 İyul 2009, 00:00
2006-cı ildə ilk dəfə olaraq Cənubi Qafqazda yaradılmış və Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında heyvanların saxlanılma və qidalanma şəraitində olan çatışmazlıqlar barədə yayılmış bəzi şikayətlər əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən araşdırma aparılmışdır.
Aparılan yoxlama zamanı Klinikada əmək intizamı və iş fəaliyyəti yerində araşdırılmış və ciddi pozuntular müəyyən edilməmişdir.
Qeyd edək ki, bu Klinika 2006-2007-ci illərdə dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş və kadrlarla komplektləşdirilmişdir.
2008-ci ildə Klinikaya 4 baş dovşan, 3 baş canavar, 2 baş cüyür, hər biri bir baş olmaqla çaqqal, tülkü, maral, ceyran, ayı, hər biri bir ədəd olmaqla şahin, aralıqdəniz qartalı, qırqovul, leşyeyən, qartal, ağ baş kərkəs, qu quşu, hər biri iki ədəd olmaqla bildirçin və tüklüayaq sar gətirilmişdir.
Ötən ilin müxtəlif dövrlərində ictimayyətin və KİV nümayəndələrinin iştirakı ilə bu heyvan növlərindən tülkü, maral, canavar, çaqqal, ceyran, şahin, aralıqdəniz qartalı, qırqovul, qartal, ağ baş kərkəs, qu quşu, bildirçin və tüklüayaq sar reabilitasiya olunaraq vəhşi təbiətə buraxılmışdır.
2009-cu ildə isə Klinikaya yenidən 2 baş cüyür, 2 baş canavar, 4 baş dovşan, 1baş ayı və 1 ədəd leşyeyən gətirilmiş və hazırda orada saxlanılır.
Yoxlama zamanı klinikada saxlanılan adıçəkilən heyvanların yemləndirilməsi üçün müəssisədə kifayət qədər yem tədarükünün olduğu və normal qidalanmanın təmin edildiyi aşkar edilmişdir.
Bununla yanaşı yoxlama zamanı saxlanılan vəhşi heyvanların mütəmadi olaraq müayinəsinin həyata keçirilməməsi, növlərin qapalı və yarımqapalı şəraitdə artırılması, habelə təbitə buraxılması ilə əlaqədar işlərin lazımi səviyyədə təşkil olunmaması müəyyən olunmuşdur.
Göstərilənlərlə əlaqədar Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasının rəhbərliyinə işində yol verdiyi nöqsanlara görə intizam tənbehi cəzası tətbiq olunmuş, fəaliyyətində dönüş yaradılması barədə ciddi tapşırıq verilmişdir.