Xəbərlər

Bakı və Sumqayıt çimərlik ərazilərindən götürülmüş nümunələr üzərində aparılan təhlillərin nəticələri

29 İyun 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri Bakı şəhər Sanitar Epidemioloji Stansiyasının əməkdaşları ilə birgə Bakı və Sumqayıt çimərliklərində monitorinq keçirmişlər.
2009-cu il may ayının 12-dən iyun ayının 18-dək Abşeron yarımadasında çimərlik mövsümünə hazırlıqla əlaqədar Bakı və Sumqayıt çimərliklərində ekoloji vəziyyəti öyrənmək məqsədi ilə keçirilən monitorinqlər zamanı çimərlik ərazilərindəki 50 nöqtədən 153 su nümunəsi götürülmüş və onların üzərində 1032 fiziki-kimyəvi, kimyəvi və mikrobioloji təhlillər aparılmışdır.
Novxanı-Pirallahı (Novxanı bağlar sahəsinin şərq hissəsi, Pirşağı, Nardaran, Bilgəh, Buzovna, Mərdəkan-Şüvəlan) sahil zolağının modul tipli təmizləyici qurğular quraşdırılmış ərazilərində aparılmış tədqiqatların nəticələrinə görə dəniz suyu nümunələrində təyin olunan komponentlərin miqdarı norma daxilindədir (12.05-18.06.2009-cu il tarixində aparılan təhlillərin nəticələri və eyni zamanda 2007 və 2008-ci illər üzrə bu mənbələrdən götürülmüş nümunələrin orta göstəricilərinin müqayisəli vəziyyəti aşağıdakı cədvəldə verilmişdir). Gürgan və Novxanı bağları sahil zolağı ərazilərində mikrobioloji baxımdan zəif çirklənmə müşahidə edilmişdir. Çirklənmənin səbəbi müvafiq mənbələr üzrə Gürgan yaşayış massivindən, Sumqayıtın 5 və 6-cı mikrorayon ərazilərindən, Corat, Saray qəsəbələrindən və bağ massivlərindən, Novxanı bağları istiqamətindən daxil olan təmizlənməmiş çirkab sularıdır.
Əvvəllər daha çox çirklənməyə məruz qalan Novxanı-Sumqayıt sahil zolağında cari ilin iyun ayının əvvəlində ETSN tərəfindən quraşdırılaraq istifadəyə verilmiş 7 ədəd təmizləyici qurğuların fəaliyyəti hesabına, bu istiqamətdə çirkab suların təmizlənməsi müəyyən qədər təmin olunsa da, Sumqayıt istiqamətindən böyük həcmdə axıdılan kanalizasiya suları bu əraziləri çirklənməyə məruz qoyur. Şimal küləyi əsdikdə çirklənmiş ərazilərin sahəsi daha da genişlənir.
Aparılan təhlillərin nəticəsinə görə bu mənbələrin kəmiyyət və keyfiyyət göstəriciləri aşağıdakılardan ibarətdir:

1. Sumqayıt şəhəri, 5-ci mikrorayon istiqamətindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 273 000 ədəd/litrdir.

2. Corat qəsəbəsi istiqamətindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 181000 ədəd/litrdir.

3. Corat ərazisi, “Diana” istirahət mərkəzi qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 122 000 ədəd/itrdir.

4. Corat ərazisi, "Gəmiqaya” restoranının qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 47 000 ədəd/litrdir.

5. Corat ərazisi, “Sunsit” istirahət mərkəzi qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 38 000 ədəd/litrdir.

6. Corat ərazisi, “Səma” istirahət mərkəzi qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 17 000 ədəd/litrdir.

7. Novxanı “Aquapark” istirahət mərkəzi qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 15 000 ədəd/litrdir.

8. Novxanı çimərliyi ərazisindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə zəif çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 5 600 ədəd/litrdir.

9. Hövsan çimərliyi istiqamətindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 56 000 ədəd/litrdir.

10. Hövsan Aerasiya stansiyası qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 112 000 ədəd/litrdir.

11. “Şıx” çimərliyi ərazisindəki “Min bir gecə” restoranının qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 45 000 ədəd/litrdir.

12. “Şıx” çimərliyi ərazisindəki “Delfin” otelinin qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 34 000 ədəd/litrdir.

13. “Şıx” çimərliyi ərazisindəki “Ramada” istirahət mərkəzinin qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 42 000 ədəd/litrdir.

14. Qaradağ rayonu, “Sahil” çimərliyi ərazisindən götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 160 000 ədəd/litrdir.

15. Qaradağ rayonu çimərliyi ərazisindəki “Sahil” restoranının qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 157 000 ədəd/litrdir.
Beləliklə, qeyd olunan çimərliklərdə aparılmış monitorinqin nəticələrinə görə mövsümə hazırlıqla əlaqədar qeyri-qənaətbəxş hesab edilən ərazilər Sumqayıt, Hövsan, Şıx, Sahil çimərlikləri və Novxanı çimərliyinin qərb hissəsidir.
Buna səbəb Sumqayıt və bağlar istiqamətindən dənizə axıdılan iri həcmli qarışıq mənşəli tullantı sularının təmizlənməməsi, Sahil və Şıx istiqamətindən isə axıdılan suların yol verilən normalar səviyyəsinə qədər təmizlənməməsidir.

2007-2009-cu illərdə Xəzər dənizinin Abşeron yarımadası üzrə sahil zolağında keçirilən monitorinqlərin nəticələrinin müqayisəli cədvəli



s/s

Nümunələrin götürüldüyü ərazilər

Mikrobioloji çirklənmənin dərəcəsi. Bağırsaq çöbakteriyaların miqdarı (əd/litr)

2007

2008

2009

orta göstərici

orta göstərici

12.05-18.06

1

Pirallahı qəsəbəsi, sahil zolağı ərazisi

çirkli

zəif çirkli

normal

2

Dübəndi sahil zolağı ərazisi (hərbi hissənin arxası)

normal

normal

normal

3

Dübəndi terminalı, Dübəndi bağları ərazisi

zəif çirkli

zəif çirkli

zəif çirkli

4

Gürgan kəndi, Damba-2

çirkli

zəif çirkli

zəif çirkli

5

Gürgan kəndi, Damba-1

çirkli

zəif çirkli

zəif çirkli

6

Türkan çimərlik sahəsi

zəif çirkli

zəif çirkli

normal

7

Hövsan çimərlik sahəsi

çirkli

çirkli

çirkli

8

Şıx çimərlik sahəsi

çirkli

çirkli

çirkli

9

Sahil çimərlik sahəsi

çirkli

çirkli

çirkli

10

Mərdəkan-Şüvəlan istiqaməti

çirkli

çirkli

normal

11

Şimal DRES-in ərazisi

zəif çirkli

zəif çirkli

normal

12

“Mayak” istirahət sahəsinin yaxınlığı (qayalıqların yanı)

normal

normal

normal

13

Mərdəkan sahil zolağı ərazisi, “Qızılqum” istirahət mərkəzi istiqaməti

çirkli

zəif çirkli

normal

14

Mərdəkan sahil zolağı ərazisi, “Marian Bich” istirahət mərkəzi istiqaməti

çirkli

normal

normal

15

Buzovna sahil zolağı ərazisi, “Əli ayağı” ziyarətgahı istiqaməti

çirkli

zəif çirkli

normal

16

Buzovna Bioloji Təmizləyici Qurğusu ərazisi

çirkli

zəif çirkli

normal

17

Buzovna sahil zolağı ərazisi, köhnə kənd istiqaməti

çirkli

zəif çirkli

normal

18

Bilgəh sahil zolağı ərazisi (fərdi tikililərin yanı)

zəif çirkli

normal

normal

19

Bilgəh sahil zolağı ərazisi (“Amburan” çimərliyi)

zəif çirkli

normal

normal

20

Bilgəh Kardioloji sanatoriyasının ərazisi

çirkli

normal

normal

21

Nardaran sahil zolağı ərazisi

normal

normal

normal

22

Pirşağı sahil zolağı ərazisi. Qızılnohur və Şor göl istiqamətindən

çirkli

normal

normal

23

Novxanı “Aqua park”dan 400 metr sağa

çirkli

çirkli

zəif çirkli

24

“Aqua park”ın qarşısı

çirkli

çirkli

zəif çirkli

25

“Aqua park”dan 300 metr sola

çirkli

çirkli

zəif çirkli

26

Sumqayıt “Səma” İM-nin qarşısı

çirkli

çirkli

çirkli

27

Sumqayıt “Gəmiqaya” İM-nin qarşısı

çirkli

çirkli

çirkli

28

Sumqayıt “Diana” İM-nin qarşısı

çirkli

çirkli

çirkli