Biləsuvar rayonunun Nərimankənd, Nəsimi, Səmədabad, Aşağı Cürəli, Zəhmətabad kəndlərində yeni quraşdırılmış modul tipli sutəmizləyici qurğulara baxış keçirilib
03 Aprel 2009, 00:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006”“cı ilin 28 sentyabr tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006”“2010”“cu illər üzrə Kompleks Tədbirlər Planı”nın həyata keçirilməsi və ətraf mühitin sağlamlaşdırılması istiqamətində məqsədyönlü iş aparılır.
Kompleks Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
Qeyd olunan Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 163 min kənd əhalisinə verilən suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulur.
Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində artıq 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi içməli su ilə təmin olunub.
Hazırda Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Naxçıvan MR-nın Babək və Şərur rayonlarının 50 yaşayış məntəqəsinə qənaət olunmuş vəsait hesabına 10 kənd də əlavə olunmaqla, ümumilikdə, 60 yaşayış məntəqəsinin 140 min əhalisinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir.
2009-cu il 02 aprel tarixində Biləsuvar rayonunun Nərimankənd və Zəhmətabad kəndlərində gün ərzində 60 m3, Nəsimi kəndində gün ərzində 70 m3, Səmədabad və Aşağı Cürəli kəndlərində isə gün ərzində 50 m3 sutəmizləmə gücünə malik “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğulara baxış keçirilib.
Quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Nərimankənd kəndinin 3100 nəfər əhalisi 18 bulaq, Nəsimi kəndinin 3350 nəfər əhalisi 15 bulaq, Səmədabad kəndinin 2350 nəfər əhalisi 14 bulaq, Aşağı Cürəli kəndinin 2650 nəfər əhalisi 11 bulaq, Zəhmətabad kəndinin isə 3192 nəfər əhalisi 13 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək.