Lənkəran rayonunda Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına salınmış Vaşaq aşkar edilib
05 Fevral 2009, 00:00
05 fevral 2009-cu il tarixində Lənkəran rayonunun Kosalar kəndində (Hirkan Milli Parkının 3 kilometrliyində) yerləşən həyətyanı yaşayış sahələrindən birində adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına salınmış Vaşaq (Felis Lynx) aşkar olunub. Ev sahibinin verdiyi məlumata əsasən, bir neçə vaxtdır ki, həyətindən ev quşlarının vəhşi heyvanlar tərəfindən aparılması ilə əlaqədar müdafiə məqsədilə qurulmuş tora vaşaq düşüb.
Vəhşi heyvanın müayinəsi zamanı müəyyən edilib ki, vaşaq dişi fərd olmaqla tam sağlamdır və tələyə düşməsi nəticəsində heç bir xəsarət almayıb.
Vaşaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən KİV nümayəndələrinin iştirakı ilə həmin gün Hirkan Milli Parkının meşəlik ərazisinə buraxılıb.
Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş Vaşaqın Respublikamızın müxtəlif ərazilərində müşahidə edilməsi, onların yaşama mühiti üçün münbit şəraitin olmasından və yaxşı mühafizəsindən xəbər verir.
Vaşaq Azərbaycanın düzənlik və dağ meşələrində yayılıb. Xüsusən Böyük Qafqaz, Naxçıvan və Lənkəran rayonu ərazilərində ona rast gəlinir, daş və qaya aralarında məskən salır.
XX əsrin II yarısında Vaşaqın sayı kəskin azalmış, son illər aparılmış mühafizə tədbirləri nəticəsində isə sayında artım müşahidə olunub.