Nazirliyin 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 2008-ci il ərzində 82 akt və 53 protokol tərtib edib
28 Yanvar 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Göyçay, Ucar, Zərdab, Kürdəmir) “Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək 2008-ci il ərzində 82 akt və 53 protokol tərtib etmişdir.
Su mühafizəsi sahəsində 10 akt tərtib edilmiş, 4 məcburi göstəriş verilmişdir. Müəssisə və təşkilatlara 710 manat məbləğində məcburi ödəmə hesablanmış və ondan 360 manat ödənilmişdir.
Atmosfer havasının mühafizəsi sahəsində 6 akt tərtib edilmiş və 6 məcburi göstəriş verilmişdir. Müəssisə və təşkilatlara 1090 manat məbləğində məcburi ödəmə hesablanmış və keçən ilin qalıqları ilə birlikdə 2560 manatın ödənilməsi təmin edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 3 akt və 3 protokol tərtib edilmiş, 1 məcburi göstəriş verilmişdir. 1 fiziki və 1 hüquqi şəxs 5275 manat məbləğində cərimə olunmuş, 1 təşkilata qarşı 19800 manat məbləğində iddia qaldırılmışdır. 2 iş tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 16 akt və 15 protokol tərtib edilmişdir. 16 fiziki şəxs 17410 manat məbləğində cərimə edilmiş, 6 nəfər tərəfindən isə 1272,4 manat ödənilmişdir. 18 müəssisəyə qarşı 2550 manat məbləğində ödəmə hesablanmışdır. 16 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilmişdir.
Floranın mühafizəsi sahəsində 41 akt və 6 protokol tərtib edilmiş, 4 nəfər 2513 manat məbləğində cərimə olunmuş, 15 nəfərə qarşı 1207,9 manat məbləğində iddia qaldırılmışdır. 3 nəfər tərəfindən 385,5 manat məbləğində iddia, 2 nəfər tərəfindən isə 151,6 manat məbləğində cərimə ödənilmişdir. 4 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilmişdir.
Faunanın mühafizəsi sahəsində 3 akt və 12 protokol tərtib edilmiş, 10 nəfər 10200 manat məbləğində cərimə olunmuş, ondan 1100 manat ödənilmişdir. 2 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilmişdir.
Torpağın mühafizəsi sahəsində 3 akt və 3 protokol tərtib olunmuş, 2 nəfər 5275 manat məbləğində cərimə olunmuşdur. 3 nəfərə qarşı 13909,5 manat məbləğində iddia irəli sürülmüş, 2 nəfər tərəfindən 1430 manat ödənilmişdir.
Ümumiyyətlə, şöbə tərəfindən il ərzində təbiətə vurulmuş ziyan və törədilmiş inzibati xətalarla əlaqədar Təbiəti Mühafizə Ehtiyat Fonduna 18614 manat vəsait ödənilmişdir.