Bölgələrdə ekoloji qanunvericiliyin qorunması sahəsində görülən işlər
23 Yanvar 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Qazax, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa) “Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək 2008-ci il ərzində 77 akt və 13 protokol tərtib etmişdir. Su mühafizəsi sahəsində 3 akt tərtib edilmiş, 2 məcburi göstəriş verilmişdir. Müəssisə və təşkilatlara 5085 manat məbləğində məcburi ödəmə hesablanmış və ondan 3067 manat ödənilmişdir.
Atmosfer havasının mühafizəsi sahəsində 14 akt və 2 protokol tərtib edilmiş, 9 məcburi göstəriş verilmişdir. 3 nəfər 825 manat məbləğində cərimə edilmiş, 3 iş tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Müəssisə və təşkilatlara 10156 manat məbləğində məcburi ödəmə hesablanmış və ondan 6175 manatın ödənilməsi təmin edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 2 akt və 1 protokol tərtib edilmiş, 1 məcburi göstəriş verilmişdir. 1 nəfər 600 manat məbləğində cərimə olunmuş və 1617 manat məbləğində iddia qaldırılmışdır. 82 müəssisəyə qarşı 18948 manat məbləğində ödəmə hesablanmış, 61 müəssisə tərəfindən 13380 manat ödənilmişdir. 1 iş tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 22 akt tərtib edilmiş, 6 məcburi göstəriş verilmişdir. 1 nəfər 550 manat məbləğində cərimə olunmuş, 100 müəssisəyə qarşı 4412 manat ödəmə tətbiq edilmiş, 63 müəssisə tərəfindən isə 3038 manat ödənilmişdir. 1 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilmişdir.
Floranın mühafizəsi sahəsində 32 akt və 6 protokol tərtib edilmiş, 1 təşkilata məcburi göstəriş verilmişdir. 10 nəfər 6541,5 manat məbləğində cərimə olunmuş, 32 nəfərə qarşı 4579,85 manat məbləğində iddia qaldırılmışdır. 6 nəfər tərəfindən 3718 manat məbləğində cərimə, 18 nəfər tərəfindən isə 1282,09 manat məbləğində iddia ödənilmişdir. 5 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına, 3 iş isə Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmişdir.
Faunanın mühafizəsi sahəsində 3 akt və 3 protokol tərtib edilmiş, 4 nəfər 2074,5 manat məbləğində cərimə olunmuşdur.
Torpağın mühafizəsi sahəsində 1 akt və 1 protokol tərtib olunmuş, 1 nəfər 600 manat məbləğində cərimə olunmuş və 363 manat məbləğində iddia irəli sürülmüşdür. 1 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilmişdir.