2008-ci il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə ərazisində ekoloji durumun sağlamlaşdırılması, təbii sərvətlərin mühafizəsi sahəsində görülən işlər
19 Yanvar 2009, 00:00
Ulu öndərimiz Heydər Əliyevin sosial-iqtisadi siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin ekoloji durumunun sağlamlaşdırılmasına xüsusi diqqət göstərilir. Son illər ölkə rəhbərinin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir.
Respublika Prezidentinin daimi diqqəti və himayəsi altında Nazirlik tərəfindən Azərbaycan Respublikası üçün aktual olan ekoloji problemlərin həll edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Belə ki, ötən müddət ərzində Azərbaycan Respublikası Prezidenti tərəfindən
2003-2005-ci illərdə təsdiq edilmiş “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Meşələrin bərpa edilməsi və artırılmasına dair” Milli Proqramlarda və “Azərbaycan Respublikasında Hidrometeorologiyanın İnkişafı”, “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair” Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir.
Uzun illər xlorun alınmasında əmələ gəlmiş civə tərkibli toksiki tullantıların Sumqayıt şəhərinin ətraf mühitinin normadan artıq çirklənməsinə səbəb olduğunu nəzərə alaraq, 2007-ci ildə Sumqayıtda toplanmış 56,422 min m3 civə tullantılarının 6452 m3-i, növbəti mərhələ üzrə 2008-ci ildə bu tullantıların daha 38415 m3-i Təhlükəli Tullantılar Poliqonuna daşınaraq zərərsizləşdirilmişdir. 2009-cu ildə isə bu iş davam etdirilərək tullantıların qalan 11555 m3-nin daşınması başa çatdırılacaqdır.
Azərbaycan Respublikası Prezidentinin “Magistral Avtomobil Yollarının Mühafizə Zolaqlarının Yaşıllaşdırılması” barədə Sərəncamının icrası ilə əlaqədar olaraq, 2008-ci ilin əvvəlindən başlayaraq bu istiqamətdə geniş tədbirlər həyata keçirilib. Yolların mühafizə zolaqlarının yaşıllaşdırılması, onların külək və su eroziyasından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması, yolların estetik görünüşünün yaxşılaşdırılması məqsədilə Bakı-Ələt-Hacıqabul istiqamətində magistral şosse yolu ətrafında 172 min ədəddən artıq yerli şəraitə uyğun yüksək estetik görünüşə malik ağac-kollar əkilmişdir. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində gündə 4070 m3 çirkab su təmizləmə gücünə malik beynəlxalq standartlara cavab verən 27 ədəd modul tipli çirkab su təmizləyici qurğuların qurulması nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı və Nardaran qəsəbələrində 9 stansiya istismara verilərək “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə əlavə tədbirlər haqqında” növbəti Sərəncamına əsasən hazırda Abşeron yarımadasının şimal istiqamətində - Novxanı-Sumqayıt sahil boyu ərazilərdə mövcud axarların üzərində modul tipli çirkab su təmizləyici qurğulardan ibarət 7 stansiyanın qurulması işləri yekunlaşır.
Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində 2007-ci ildə ölkənin 50 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğular quraşdırılmış və 55 min insan Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşdur.
2008-ci ildə isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 12 rayonun 140 min nəfər əhalisi olan daha 60 kəndində modul tipli su təmizləyici qurğuların quraşdırılması işləri başa çatdırılır.
Eyni zamanda, Respublika Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamına əsasən daha 200 kəndin təmiz su ilə təmin edilməsi istiqamətində işlərə başlanmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2008-ci il ərzində:
Ətraf mühitin mühafizəsi sahəsində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 3182 akt və protokol tərtib olunmuş, 768 icrası məcburi olan göstəriş verilmiş, 2 obyektin fəaliyyəti dayandırılmışdır. 84 iş hüquq mühafizə, 436 iş məhkəmə orqanlarına göndərilmişdir.
Ümumilikdə, 865 iş üzrə 1912043,25 manat məbləğində cərimə tətbiq edilmiş, 984 iş üzrə 2040009,7 manat məbləğində iddia qaldırılmış, 2832 iş üzrə isə 665283,28 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna 1031653 manat vəsaitin köçürülməsi təmin edilmişdir.
Ətraf Mühit Üzrə Milli Monitorinq sahəsində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən, ətraf mühitin radioaktiv çirklənməsi üzərində monitorinq keçirilmiş, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması aparılmış, ətraf mühitin vəziyyətinə dair operativ və rejim məlumatlar hazırlanaraq onların yayımlanması təmin edilmişdir.
Atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində yerləşən 26 müşahidə məntəqəsində həyata keçirilmiş, atmosfer havasının fon tərkibi, eləcə də hər bir şəhərin spesifik zərərli maddələri üzrə 92360 nümunə götürülmüş və həmin nümunələr üzərində 18 adda 97334 analiz aparılmışdır.
Səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 4 sututarı, 1 liman, 10 göl) 50 müşahidə məntəqəsində, eləcə də Qazax və Beyləqan analitik tədqiqatlar laboratoriyalarında aparılmışdır.
Ölkənin 34 rayonunun yaşayış məntəqələrində istifadə olunan içməli suyun monitorinqi həyata keçirilmişdir.
Respublika ərazisində torpaqların fon tərkibi, pestisidlərlə, ağır metallarla və neft məhsulları ilə çirklənməsi, eləcə də təbii mühitin faktiki radiasiya şəraiti haqqında sistematik müşahidələr aparılmışdır.
Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkəmizin bütün bölgələrini əhatə etməklə, gündə 3 dəfə 35 məntəqədə aparılmışdır.
Yeni istifadəyə verilmiş Zığ-Aeroport yolunun ətraf ərazilərinin monitorinqi keçirilmiş, çirklənmiş ərazilər müəyyənləşdirilmiş, bu ərazilərin çirklənmədən təmizlənməsinə dair təkliflər hazırlanmışdır.
Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri şəbəkəsinin genişləndirilməsi işi davam etdirilmiş, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Göy-göl Milli Parkının və Korçay Dövlət Təbiət Qoruğunun yaradılması barədə müvafiq Sərəncamlar verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına müvafiq olaraq Hirkan Milli Parkının ərazisi meşə fondu torpaqları hesabına 18923 hektar genişləndirilərək, 40358 hektara çatdırılmışdır.
Bioloji müxtəlifliyin qorunub saxlanılmasında, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin bərpası və reintroduksiyasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Zooloji parkın yaradılması haqqında” Sərəncam verilmişdir.
Hazırda ölkəmizdə 8 Milli Park, 14 Dövlət Təbiət Qoruğu, 22 Dövlət Təbiət Yasaqlığı mövcuddur. Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 478000 hektardan 778464,7 hektara çatdırılmışdır ki, bu da ölkə ərazisinin təqribən 9 faizini təşkil edir.
Milli meşəbərpa və meşəsalma proqramının tələblərinə uyğun olaraq, 10740 hektar sahədə meşəbərpa və meşə əkini tədbirləri həyata keçirilmişdir.
İl ərzində 30,5 mln. ədəd müxtəlif çeşiddə əkin materialı yetişdirilmiş, 63,2 hektar ərazidə toxum səpilmiş, 5 tondan artıq ağac və kol cinslərinin toxumları tədarük olunmuşdur. Yetişdirilmiş əkin materiallarından meşə əkini, ətraf şəhər və qəsəbələrin, magistral şosse yolları kənarlarının, çay və su hövzələri ətraflarının yaşıllaşdırılması nəzərdə tutulur.
Magistral yol boyu yaşıllaşdırma işlərinə də böyük diqqət ayrılmışdır. Belə ki, Zığ-Aeroport yolu boyu 144 hektar ərazidə torpaq hamarlama işləri yekunlaşdırılaraq, yaşıllıqsalma işlərinə başlanmışdır. Aparılan yaşıllaşdırma tədbirləri nəticəsində 180000 ədədə qədər müxtəlif növ ağac əkilmişdir ki, bunlardan da 139000-i zeytun, Eldar şamı və akasiyadan ibarətdir.
Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, balıqartırma müəssisələri tərəfindən 422,3 mln ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri süni və təbii yolla artırılıb müəyyən edilmiş su hövzələrinə (nərəcinsli balıq körpələri 12,453 mln, qızıl balıq -166,05 min, çəkikimilər 403,88 mln, bitki ilə qidalanan ağ amur körpəsi -5,8 mln ədəd) buraxılmışdır.
Hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası, inkişafı, yeni texnologiyaların tətbiqi və tərtib olunan hidrometeoroloji proqnozların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Şəki, Ələt, Xınalıq, Mərəzə, Altıağac, Qəbələ, Ağsu stansiyaları üçün yeni binalar tikilmiş, Neftçala, Çilov, Ələt, Tərtər, Xınalıq, Xaldan, Kırız, Mərəzə, Altıağac, Ağsu stansiyalarının meteomeydançaları müasir standartlara uyğun yenidən qurulmuşdur.
Finlandiyanın istehsalı olan 16 ədəd kompleks avtomat meteoroloji stansiyanın 13 ədədi istismara verilmişdir. Bu avtomatik stansiyalar internetdən məlumatları alır və müşahidə məlumatlarını birbaşa mərkəzə ötürə bilir.
Xəzər dənizinin Azərbaycan sektorunda və onun şimaldan-cənubadək sahil zolağında, o cümlədən, çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. monitorinqlər keçirilmişdir. Keçirilən monitorinqlər zamanı Xəzər dənizi ilə əlaqəsi olan 320 axar qeydə alınmışdır ki, onlardan 289-u sahildən, 31-i isə dəniz akvatoriyasında olan müəssisə və obyektlərin fəaliyyəti nəticəsində dənizə antropogen təsir göstərir. Bu axarlardan götürülmüş su və qrunt nümunələri üzərində mütəmadi olaraq fiziki-kimyəvi, kimyəvi, bioloji, ekotoksikoloji və mikrobioloji tədqiqatlar aparılmışdır.
Geoloji kəşfiyyat işləri, əsasən, mövsümi çöl işlərinin nəticələrinin araşdırılması ilə, habelə müntəzəm monitorinq işlərinin davam etdirilməsi ilə aparılmışdır. Belə ki, Göy-göl filiz sahəsində, Böyük Qafqazda İsmayıllı inzibati rayonu ərazisində, Böyük Qafqazın Azərbaycan hissəsinin şimal-şərqi davamında, Xınalıqçayın yuxarı hövzəsində geoloji-kəşfiyyat işləri davam etdirilmişdir. Qax, Balakən, Siyəzən, Astara, İmişli, Samux, Kəngərli, Ağcabədi, Quba, Oğuz, Daşkəsən rayonlarında tikintiyə yararlı (qum, çınqıl, gil, tikinti daşı) xammal resursları aşkarlanmış və ehtiyatları dəqiqləşdirilir.