“İlham Əliyevin uğurlu ekoloji siyasəti” adlı hesabat xarakterli kitab nəşr edilmişdir
09 Oktyabr 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qısa müddət ərzində ölkəmizin ekoloji durumunun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə olunması sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü ekoloji siyasətin reallaşdırılması üzrə görülmüş əsas işlər haqqında “İlham Əliyevin uğurlu ekoloji siyasəti” adlı 400 səhifəlik hesabat xarakterli kitab hazırlayaraq nəşr etdirmişdir.
Ətraf mühitin mühafizəsi sahəsində Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi artıq öz müsbət nəticələrini verməyə başlamışdır. Buna görə də həyata keçirilən uğurlu ekoloji siyasətin nəticələrini əks etdirmək üçün belə bir kitabın nəşr olunmasına zərurət yaranmışdır.
Kitabda Azərbaycan Respublikasında ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə ölkədə mövcud olan su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə utilizə olunmasının təmin edilməsi istiqamətlərində göstərilən intensiv fəaliyyət öz əksini tapmışdır.
Sözügedən kitab 2003-2008-ci illər ərzində Azərbaycan Respublikası üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında müvafiq dövlət proqramları çərçivəsində həll edilməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülmüş tədbirlər (2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Meşələrin bərpa edilməsi və artırılmasına dair” Milli Proqramlar, o cümlədən “Azərbaycan Respublikasında Hidrometeoro-logiyanın inkişafı”na dair Dövlət Proqramına daxil edilmiş tədbirlər), “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində aparılmış işləri əhatə edir.
Qeyd edək ki, kitab rus və ingilis dillərinə tərcümə olunur və geniş oxucu kütləsinə təqdim olunmaq üçün Nazirliyin internet səhifəsində də (www.eco.gov.az) yerləşdiriləcəkdir.