Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi 9 ay ərzində 1027 monitorinq keçirmişdir
06 Oktyabr 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi 2008-ci ilin 9 ayı ərzində Xəzər dənizinin Azərbaycan sektorunda və 955,08 km-lik sahil zolağında (şimaldan”“cənubadək), çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. 1027 monitorinq keçirərək, götürülmüş 1537 su və qrunt nümunələri üzərində 15212 kimyəvi, bioloji, ekotoksikoloji, mikrobioloji təhlillər aparmış və idarənin əməkdaşları təyin edilmiş koordinatlar üzrə açıq dənizdə təşkil edilmiş 6 ekspedisiyada iştirak etmişlər.
Keçirilən monitorinqlər zamanı Xəzər dənizi ilə əlaqəsi olan 316 axar qeydə alınmışdır ki, onlardan 287-si sahildən, 31-i isə dəniz akvatoriyasında olan müəssisə və obyektlərin fəaliyyəti nəticəsində dənizə antropogen təsir göstərir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixli 2244 â„–-li “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq standartlara cavab verən 9 ədəd modul tipli lokal təmizləyici qurğunu Sumqayıt-Pirallahı sahil zolağı boyu 61 km-lik məsafədə Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə quraşdıraraq müvafiq yerli bələdiyyələrin istismarına vermişdir. İstismara verilmiş qurğulara monitorinq nəzarəti Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir, qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində mütəmadi təhlillər aparılır.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşlarının keçirdikləri monitorinqlər nəticəsində məlum olmuşdur ki, qaynar nöqtə kimi qeydə alınmış Hövsan və 32 saylı kanallar vasitəsi ilə çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən Bakı ərazisindən Xəzər dənizinə axıdılmaqdadır. Müəssisələrin istehsalat dairələrində neft tərkibli şlamların uzun illərdən bəri üst-üstə yığılaraq qalması, yüzlərlə süni çirkab gölməçələrin və çoxsaylı kiçik həcmli zibilxanaların ləğv edilməsi istiqamətində aparılan tədbirlərə baxmayaraq, bir çox yerlərdə qeydə alınan problemlər öz həllini tapmamışdır. Dənizdə fəaliyyət göstərən müəssisələrin balansında olan fərdi özüllərin əksəriyyəti istismara yararsız vəziyyətdə dəniz akvatoriyasına atılaraq qalmaqdadır. Ekoloji tarazlığın ən çox pozulma halları “Neft Daşları” rayonunda, “Bibiheybətneft”, “Abşeronneft”, “28 May”, “Qum adası” Neft-Qaz Çıxarma İdarələrinin istehsalat dairələrində qeydə alınmışdır.
Dəniz obyektlərində əsas problemlərdən biri də aşağı təzyiqli səmt qazının atmosferə atılmasıdır. Qeyd etmək lazımdır ki, idarənin fəaliyyəti nəticəsində ötən illə müqayisədə dəniz obyektlərindən atmosferə atılan səmt qazının miqdarı azalmışdır. Belə ki, “28 May” NQÇİ-dən və Azəri-Çıraq-Günəşli yataqlarından atmosferə gün ərzində milyonlarla kub metr səmt qazı atıldığı halda, cari ildə bu göstərici təqribən iki dəfə azalaraq məqsədyönlü istifadəyə yönəldilmişdir. Analoji hal “Neft Daşları”, Ə.Əmirov adına NQÇİ-lərdə də qeydə alınmışdır.
Keçirilən monitorinqlər zamanı bilavasitə Xəzər dənizinə təsir göstərən “Azneft” İstehsalat Birliyinin obyektlərində ötən illər qeydə alınmış problemlərin həlli istiqamətində bəzi tədbirlərin görülməsi müşahidə edilmişdir. Kompleks Tədbirlər Planı üzrə cari ilin 9 ayı ərzində bir sıra təbiəti mühafizə tədbirləri həyata keçirilmişdir. Belə ki, “Bibiheybətneft” NQÇİ-nin dəniz ərazisindəki istismarı dayandırılmış quyular, kommunikasiya xətləri, estakadalar demontaj olunmuş, sahilboyu mədən ərazilərində lay sularının idarə olunması qismən təmin edilmişdir. Mədənlərdə quyu ətrafı ərazilər neft məhsullarından təmizlənmiş, (“Bibiheybətneft” və “Balaxanıneft” NQÇİ ərazilərində) bu torpaqların qurudulması üçün bərpa işləri həyata keçirilmişdir.
“Bibiheybətneft” NQÇİ-nin ərazisində 130 hektara yaxın sahə mexaniki (torpaqlama) və bioremidasiya üsulu ilə bərpa olunmuşdur. Bərpa olunmuş ərazidən 60 hektar sahə “Respublika Neft Muzeyi”nin yaradılması üçün ayrılmışdır. Neftlə çirklənmiş və gölməçələr altından təmizlənib qurudulmuş sahədə müxtəlif növ ağac əkilmişdir. Çirklənmiş sahələrin qurudularaq bərpa olunması, torpaqlanması, rekultivasiya işlərinin aparılması hal-hazırda davam etdirilir. Ərazidə toplanmış neftli şlamın təmizlənib zərərsizləşdirilməsi üçün 4 saylı NQÇİ-nin sahəsində 2 qurğu fəaliyyət göstərir. Həmin sahədə lay sularının yığılması üçün tutumu 1000 ton olan 2 ədəd çən quraşdırılmışdır. Lay sularının axıdıldığı açıq kanalın 1642 metri qapalı dəmir betonla əvəz edilmişdir.
Bakı Buxtası və Cilov adası ərazilərində batmış və yarımbatmış gəmilərin, istifadəsiz estakadaların, yanalma körpülərinin və atılıb qalmış dəmir”“beton konstruksiyalarının dənizdən çıxarılma işləri də davam etdirilir. “Suraxanı OİL”in balansında olan istismara yararsız 10-cu qovşaq adlanan mexaniki təmizləyici qurğunun yenidən tikintisinə başlanmışdır. Hal-hazırda bu istiqamətdə müvafiq tədbirlərin görülməsi davam etdirilir.
Sahilboyu ərazilərdə fəaliyyət göstərən təmizləyici qurğularda yenidənqurma işləri aparılır. Buzovna BTQ-də təmizlənmiş çirkab suların zərərsizləşdirilməsi işləri yaxşılaşdırılmış, aerasiya sistemləri (diffuzorlar) yenidən qurulmuşdur. 16 bölməli Mərdəkan-Şüvəlan mexaniki təmizləmə qurğularında yenidənqurma işləri aparılmış, bu qurğular bazasında hər birinin gücü 1000 m3/gün olan 8 bölmə bioloji təmizləyici qurğu quraşdırılaraq və bir ədəd yeni II pillə çökdürücü qurğu tikilərək istismara verilmişdir. İlin sonunadək daha 8 bölmə bioloji təmizləyici qurğunun və bir ədəd II pillə çökdürücü qurğunun tikilərək istismara verilməsi planlaşdırılır.
“Xəzər həftəsi” ilə bağlı Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi “Xəzərin ekoloji problemləri” mövzusunda bir sıra tədbirlər keçirmiş, eləcə də, digər seminar və tədbirlərdə yaxından iştirak etmişlər.