Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsi (sentyabr ayının III ongünlüyü üçün)
03 Oktyabr 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabr ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir. Monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunmuşdur.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 6, mis birləşmələri 4 dəfə, Ağstafaçayda fenollar 5, mis birləşmələri 3 dəfə, Ağstafaçay su anbarında isə fenollar 6, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Biogen maddələr və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 və Ağstafaçay məntəqələrində yol verilən qatılıq həddindən (YVQH) 1.4-1.5 dəfə çoxdur. Buna səbəb isə Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.
Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4 dəfə, I Şahsevən və Bəhramtəpə məntəqələrində isə fenolr və mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da nitrit ionları Horadiz məntəqəsində 1.3, Bəhramtəpədə 1.9, I Şahsevəndə isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Bunun səbəbi isə Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan çirkab sulardır.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.12-8.36 mq/l arasında dəyişirək norma daxilində olmuşdur.

İnqredi- yentlər | Ölçü vahidi | YVQH | Su obyektləri | |||||
Kür çayı Şıxlı-2 mən- təqəsi) | Araz çayı | Ağsta- façay | Ağsta- façay su anbarı | |||||
Hora- diz məntə- qəsi | I Şah- sevən məntə- qəsi | Bəhram- təpə məntə- qəsi | ||||||
Həll olmuş O2 | mq/l | 6 | 6,28 | 6,21 | 6,12 | 6,21 | 7,12 | 8,36 |
NH4 | mq/l | 0,39 | 0,14 | 0,16 | 0,16 | 0,15 | 0,44 | 0,22 |
Codluq | mq-ekv/l | 7,0 | 6,30 | 4,52 | 4,23 | 4,18 | 5,09 | 5,10 |
Nitrat NO3- | mq/l | 9 | 0,90 | 2,4 | 2,3 | 2,3 | 0,45 | 0,021 |
Nitrit NO2- | mq/l | 0,02 | 0,03 | 0,026 | 0,036 | 0,37 | 0,027 | 0,019 |
Neft məhsulları | mq/l | 0,05 | 0,06 | 0,05 | 0,04 | 0,04 | 0,04 | 0,04 |
Mis birləşmələri | mq/l | 0,001 | 0,004 | 0,004 | 0,003 | 0,003 | 0,003 | 0,003 |
Fenollar | mq/l | 0,001 | 0,006 | 0,003 | 0,003 | 0,003 | 0,005 | 0,006 |