2 oktyabr Xocavənd rayonunun işğalı günüdür
02 Oktyabr 2008, 00:00
Sahəsi 145647 hektar olan Xocavənd rayonu 1992-ci il 2 oktyabr tarixində erməni işğalçıları tərəfindən işğal olunmuşdur. Özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro; ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları var.
Xocavənd rayonunda Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 il və diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 2000 il yaşlı Şərq çinarları təbiət abidəsi kimi qorunurdu.
Xocavənd rayonunun Qarakənd kəndində Respublikanın “Qırmızı kitab”ına düşmüş 0,5 ha III dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi.
Xocavənd rayonunun istifadəyə yararlı yeraltı su ehtiyatlarını qiymətləndirmək məqsədi ilə həmin rayonun ərazisində 1983-1985-ci illərdə kompleks hidrogeoloji tədqiqatlar aparılmış, nəticədə 9 perspektiv sahə seçilmiş və həmin sahələr üzrə IV, Təbaşir və Yura dövr sulu komplekslərinin 83 min m3/gün həcmində yeraltı su ehtiyatları aşkar edilmişdir. Bundan başqa bulaq axımı moduluna əsasən 7,34 min m3/gün həcmdə yeraltı su ehtiyatları hesablanmışdır. Beləliklə, Xocavənd rayonu ərazisində istifadəyə yararlı yeraltı sular 90,34 min m3/gün təşkil edir.
Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınmış, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilmişdir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”in əldə etdiyi məlumatlara əsasən rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər mütəmadi yandırılaraq fauna və flora tamamən məhv edilir, işlik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır.
İşğal olunmuş torpaqlarda müvəqqəti olduqlarını bilən ermənilər həmin ərazilərdə təbii sərvətlərimizi talan etməkdə, beynəlxalq konvensiyaların tələblərinə məhəl qoymadan ümumdünya əhəmiyyətli təbiət və tarixi abidələrimizi məhv etməkdə davam edirlər.