Xəbərlər

Transsərhəd çaylarda aparılan monitorinqin nəticələri (sentyabr ayının II ongünlüyü üçün)

26 Sentyabr 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabr ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişlər.

Monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunmuşdur.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4 dəfə, Ağstafaçay və Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Biogen maddələr norma daxilindədir.
Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 5 dəfə, I Şahsevəndə fenollar 3, mis birləşmələri 4 dəfə, Bəhramtəpədə isə fenollar 3, mis birləşmələri 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Bəhramtəpə və I Şahsevən məntəqələrində 1,5 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Buna səbəb isə Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan çirkab sulardır.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,99-7,17 mq/l arasında dəyişərək norma daxilində olmuşdur.


İnqredi-
yentlər
Ölçü vahidi YVQH Su obyektləri
Kür çayı Şıxlı-2 mən-
təqəsi)
Araz çayı Ağsta-
façay
Ağsta-
façay su anbarı
Hora-
diz məntə-
qəsi
I Şah-
sevən məntə-
qəsi
Bəhram-
təpə məntə-
qəsi
Həll olmuş O2 mq/l6 7,176,08 6,045,996,826,77
NH4 mq/l 0,39 0,210,16 0,160,15 0,40 0,20
Codluq mq-ekv/l 7,0 5,93 4,52 4,23 4,186,23 6,14
Nitrat NO3- mq/l9 0,81 2,5 2,4 2,2 0,50 0,016
Nitrit
NO2-
mq/l0,02 0,023 0,022 0,0360,33 0,03 0,015
Neft məhsulları mq/l 0,05 0,020,040,030,030,01 0,05
Mis birləşmələri mq/l 0,0010,0040,005 0,004 0,004 0,0030,003
Fenollarmq/l 0,0010,0030,0030,003 0,0030,003 0,003