Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası tərəfindən müalicə olunan və tam sağaldılan heyvanlar vəhşi təbiətə buraxılmışdır
05 Sentyabr 2008, 00:00
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2006-cı il 18 aprel tarixli 215/ü nömrəli Əmri ilə Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin nəzdində Vəhşi Təbiətə Epidemioloji Nəzarət Laboratoriyası yaradılmışdır.
Laboratoriya Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvanların kütləvi və yaxud tək-tək ölümü, infeksion və invazion xəstəliklər haqqında informasiyanın toplanılması, mövcud durumun araşdırılması və ekspress analizi sahəsində fəaliyyəti həyata keçirən qurumdur.
Laboratoriyanın yeddi nəfərdən ibarət olan ştatında bakterioloq, virusoloq və laborantlar fəaliyyət göstərir. Laboratoriya heyvani xəstəliklərin diaqnostikasını aparmaq məqsədilə ən müasir avadanlıqlarla təhciz olunmuşdur. Burada immunoferment (İFA) və polimeraz zəncirvari reaksiya (PZR) üsulları vasitəsilə xəstəliklərin müayinələri həyata keçirilir. Vəhşi təbiətdə patogen xəstəlik törədiciləri aşkarlanarsa, həmin ərazilər laboratoriyanın xüsusi dezinfeksiyaedici avtomobilləri ilə dezinfeksiya edilir.
2008-ci ilin keçən 8 ayı ərzində laboratoriyanın əməkdaşları tərəfindən Azərbaycan Respublikasının müxtəlif bölgələrində, xüsusən təbiət əraziləri, o cümlədən Milli Parklarda, Yasaqlıqlarda, Qoruqlarda və s. ümumi epizooloji və epidemioloji durumu öyrənmək məqsədilə mütəmadi monitorinqlər keçirilərək, vəhşi təbiətdən götürülmüş 270-dək nümunə burada müasir üsullarla tədqiq olunmuşdur.
Həmçinin, Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində bioloji ehtiyatları öyrənmək məqsədilə təşkil olunmuş növbəti ekspedisiya zamanı bir sıra müxtəlif bionümunələr yığılmış və dəniz canlıları arasında yayılma ehtimalı olan heyvanat xəstəliklərinin (taun, xlamidioz, brusellyoz və s.) mövcudluğunu araşdırmaq üçün laboratoriya müayinələri aparılmışdır. Müayinələr nəticəsində hazırda respublikanın vəhşi təbiət ərazilərində epidemiya baxımından təhlükəli infeksion xəstəlik törədicilərinin yayılmadığı aşkar olunmuşdur.
2006-cı ildə Altıağac Milli Parkında yaradılmış və Cənubi Qafqazda analoqu olmayan Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında vəhşi təbiətdən, o cümlədən qanunsuz saxlanılan yerlərdən müsadirə olunaraq saxlanılan və reabilitasiya olunan halsız, xəstə heyvan və quşlardan (canavar, çaqqal, tülkü, maral, çöl dovşanı, bildirçin, qırqovul, tüklüayaq sar, şahin, və s.) müvafiq nümunələr götürülərək laboratoriyada analiz edilir.
Həmin canlıların reabilitasiyadan sonra vəhşi təbiətə qayıtması üçün başqa vəhşi heyvanlarla təmasda olmaları zamanı infeksion xəstəlik törədicilərinin yayılmasının qarşısını almaq və heyvanların epidemioloji təhlükəsizliyini təmin etmək məqsədilə laboratoriyanın əməkdaşları tərəfindən götürülən bionümunələr üzərində müasir polimeraz zəncirvari reaksiya (PZR) və klassik (bakterioloji) üsullarla təhlillər aparılır.
2008-ci ilin avqust ayında Mərkəzdə saxlanılan heyvanlardan götürülən analizlərin təhlili nəticəsində canavarda dezinteriya bakteriyasının çubuqları, çaqqalda infeksion olmayan, lakin qastritə səbəb olan E.coli bakteriyasının titrının həddindən yüksək olması aşkarlanmış, PZR üsullu analiz şahinlərdə xlamidiya bakteriyasının DNT-nin mövcudluğunu göstərmişdir.
Həmin heyvanlar laboratoriyanın qoyduğu diaqnoza müvafiq olaraq Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası tərəfindən müalicə olunmuş və tam sağaldıqdan sonra ictimaiyyətin iştirakı ilə vəhşi təbiətə buraxılmışdır.
Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası tərəfindən müalicə olunmuş və tam sağaldıqdan sonra təbiətə buraxılmış heyvanların fotoları
CANAVAR
ÇAQQAL
KİÇİK ŞAHİN
ŞAHİN
TÜKLÜ AYAQ SAR
XALLI MARAL