Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 6 ay ərzində keçirilən monitorinqlərin nəticələri
13 Avqust 2008, 00:00
Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti 2008-ci ilin 6 ayı ərzində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, ətraf mühitin radioaktiv çirklənməsi üzərində monitorinq fəaliyyətini, o cümlədən, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılmasını həyata keçirmişdir.
Atmosfer havasının çirklənməsinin monitorinqi departamentin əməkdaşları tərəfindən ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılmışdır. Atmosfer havasının fon tərkibi, spesifik zərərli maddələr üzrə sözügedən şəhərlərdən 44776 nümunə götürülmüş və həmin nümunələr üzərində 18 adda 47166 analiz aparılmışdır.
Belə ki, monitorinqin nəticələrinə görə Bakı şəhərinin Nizami, Nərimanov, Xətai və Yasamal rayonlarında ayrı-ayrı günlərdə toz və azot 4-oksid 1,25 dəfə yol verilən qatılıq həddindən (YVQH) artıq olmuşdur.
Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan tozun orta sutkalıq qatılığı 1,3 dəfə, azot 4-oksid və hidrogen flüorid 2,2 dəfə, xlor isə 2,7 dəfə YVQH-nin keçməsi müşahidə olunmuşdur.
Gəncə və Mingəçevir şəhərlərində toz 1,3 dəfə, Şirvan şəhərində isə azot 4-oksid 1,5 dəfə YVQH-ni keçmişdir.
Naxçıvan, Şəki və Lənkəran şəhərlərində atmosfer havasının çirklənməsi müşahidə edilməmişdir.
Atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində-Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq və cənub yamacları, eləcə də Lənkəran zonasında 21 məntəqədə 11 göstərici üzrə (pH, sulfat, nitrat, fosfat, ammonium, xlor, kalsium, maqnezium, codluq, elektrik keçiriciliyi və hidrokarbonat ionları) aparılmışdır. İlin birinci yarısında iqlim şəraitindən asılı olaraq bu məntəqələrdən 128 yağıntı (yağış, qar) nümunəsi daxil olmuş və bu nümunələr üzərində 1418 analiz aparılmışdır. Analizlərin nəticələrinə görə Qubada hidrokarbonat (129,9 mq/l), Sumqayıtda sulfat (114,8 mq/l), Pirallahıda kalsium (75,2 mq/l), nitrat (52,0 mq/l), xlor (125,8 mq/l) ionları üstünlük təşkil etmişdir.
Səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 10 göl, 4 sututarı, 1 liman) 50 müşahidə məntəqəsində və eləcə də Qazax və Beyləqan analitik tədqiqatlar laboratoriyalarında aparılmışdır. Abşeron göllərində (Yasamal-1, Böyükşor, Bül-Bülə, Masazır, Kürdəxanı, Xocahəsən, Qırmızı göl) hidrokimyəvi müşahidələr aparılmış və bu göllərin çirklənmə vəziyyətinin öyrənilməsi davam etdirilmişdir.
Müşahidə məntəqələrində detergentlər, neft məhsulları, fenollar, üzvi oksidləşdiricilər, xlorüzvi pestisidlər, ağır metallar, suyun mineral tərkibi üzrə 4071 analiz aparılmış, nəticələrə Kür çayında Gürcüstanla sərhədə yaxın məntəqələrdə suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri YVQH-ni dəfələrlə keçmişdir. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 6, Ağstafaçayda fenollar 4, mis birləşmələri 6 , Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 5 dəfə YVQH-ni keçmişdir.
Ermənistan tərəfdən çirklənməyə məruz qalan Araz çayında da mis və fenolların miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Analizlərin təhlili göstərir ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 6, mis birləşmələri 10, Bəhrəmtəpə və I Şahsevən məntəqələrində fenollar 5, mis birləşmələri isə 5-7 dəfə YVQH-ni keçmişdir.
Ölkə ərazisində torpaqların fon tərkibinin pestisidlərlə, ağır metallarla və neft məhsulları ilə çirklənməsinin öyrənilməsi üçün “Bibi-Heybətneft”, “Suraxanıneft” “Binəqədineft”, Tağıyev və Ə.Əmirov adına NQÇİ-lərin ərazilərindən, “Balaxanıneft” NQÇİ-nin yaxınlığında yerləşən Sabunçu qəsəbəsinin ərazisindən və buruqlar arasından götürülmüş 646 nümunə üzərində 1692 kimyəvi analiz aparılmışdır. Analizlərin nəticələrinə görə neft məhsullarının miqdarı “Binəqədineft” NQÇİ-nin ərazisində 11-25, “Balaxanıneft” NQÇİ-nin ərazisində 14-43, Əmirov adına NQÇİ-nin ərazisində 14-56, Suraxanı qəsəbəsinin ərazisində isə 4-13 dəfə normanı keçmişdir.
Ağsu, Beyləqan və Ağcabədi rayonlarının ərazilərində kənd təsərrüfatı torpaqlarından götürülmüş nümunələrdə xlorüzvi, fosforüzvi pestisid və herbisidlərin qalıq miqdarının təyini, radiometrik ölçmələrin aparılması məqsədi ilə çöl-tədqiqat işləri aparılmışdır. Ayrı-ayrılıqda rayonların hər birinin ərazisindəki kənd təsərrüfatı torpaqlarından 150 nümunə götürülərək analiz olunmuş və nəticələr təhlil edilmişdir. Analizlərin nəticələrinə görə hidrogen göstəricisi norma daxilində olmuş, çirkləndirici qarışıqların miqdarı YVQH-ni keçməmişdir.
Bakı, Sumqayıt şəhərlərinin ərazi və ətraf torpaqlarının texnogen (ağır metallarla) çirklənməsinin tədqiqi məqsədi ilə Bakı şəhərinin sənaye zonasından qərb, cənub-qərb, şərq və şimala doğru 4 istiqamətdən və 11 zavodun ərazisindən (Montin adına Bakı Maşınqayırma, Bakı Neftayırma, İEM-1, Qaradağ Sement, Səttərxan adına Bakı Maşınqayırma, Vorovski adına Bakı Maşınqayırma, Keşlə Maşınqayırma, Elektrik Tökmə, Yeni Neftayırma, Asfalt-Beton, Bakı Lampa zavodları), Sumqayıt şəhərinin sənaye zonasından şimal-qərb, cənub-qərb, və şərqə doğru 3 istiqamətdən, eləcə də 10 zavodun ərazisindən (Superfosfat, Boru-Kəmər, Alüminium, Kimya Sənayesi İB, Süni Yuyucu Məhsulları, İEM-1, İEM-2, Üzvi Sintez İB, Süni Kauçuk, Aşqarlar zavodları) ümumilikdə 228 torpaq nümunəsi götürülərək analiz edilmişdir.
Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr gündə 3 dəfə olmaqla ölkənin bütün bölgələri üzrə 36 məntəqədə aparılmışdır.
Atmosfer aerozollarının ï¢-radioaktivliyi üzərində müşahidələr Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Zaqatala, Quba, Naxçıvan, Ağcabədi, Ağstafa və Neft Daşlarından götürülmüş 1790 planşet nümunəsində müvafiq analizlər əsasında aparılmışdır.
Aparılmış müşahidələrə görə Günəş şüalarının fəallığından asılı olaraq ölkə ərazisində gündəlik radiasiya fonu mövsümlər üzrə dəyişkən olmuşdur. Belə ki, aparılan analizlərin nəticələri və daxil olan məlumatların təhlili göstərir ki, Abşeron yarımadasında radiasiya fonu 7-16 mkR/saat (təbii fon 7-14 mkR/saat) arasında dəyişmişdir. Kiçik Qafqazda 5-14 mkR/saat (təbii fon 7-13 mkR/saat), Böyük Qafqazda 8-18 mkR/saat (təbii fon 9-26 mkR/saat), Aran rayonlarında 6-18 mkR/saat (təbii fon 5-17 mkR/saat), Lənkəran bölgəsində 6-16 mkR/saat (təbii fon 9-16 mkR/saat), Naxçıvan MR-da 10-15 mkR/saat (təbii fon 12-15 mkR/saat) radiasiya fonu qeydə alınmışdır.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncama əsasən Kür və Araz çaylarının suyundan istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ilkin olaraq ümumi əhalisi 55 mindən artıq olan 8 rayonun (Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala) 50 yaşayış məntəqəsində quraşdırılmış modul tipli sutəmizləyici qurguların istismarı təşkil edilmiş, bu kəndlərdə suyun keyfiyyətinə nəzarət həyata keçirilmişdir.
Abşeron yarımadasının göl və digər su obyektlərində, özəl obyektlərdə quraşdırılmış fiziki təsir mənbələri üzərində səyyar monitorinqlər, o cümlədən, yeni istifadəyə verilmiş Zığ-Aeroport yolunun ətraf ərazilərinin monitorinqi keçirilmiş, çirklənmiş ərazilər müəyyənləşdirilmiş, bu ərazilərin təmizlənməsinə dair təkliflər hazırlanmışdır.