Transsərhəd çaylarda aparılan monitorinqin nəticələri (iyun ayının II ongünlüyü üçün)
25 İyun 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir. Monitorinqin nəticələri aşağıdakı cədvəldə öz əksini tapmışdır.
Cədvəldən göründüyü kimi, Kür çayının Gürcüstanla həmsərhəd Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 9, neft və neft məhsulları 1,4 dəfə, Ağstafaçayda fenollar 3, mis birləşmələri 5 dəfə, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 9, neft və neft məhsulları 1,2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Ermənistan ilə sərhəd zonasında olan Araz çayında mis birləşmələri və fenolların miqdarının yol verilən qatılıq həddindən 2 dəfə çox olduğu müəyyən edilmişdir.
İnqredi- yentlər | Ölçü vahidi | YVQH | Su obyektləri | |||||
Kür çayı Şıxlı-2 mən- təqəsi) | Araz çayı | Ağsta- façay | Ağsta- façay su anbarı | |||||
Hora- diz məntə- qəsi | I Şah- sevən məntə- qəsi | Bəhram- təpə məntə- qəsi | ||||||
Həll olmuş O2 | mq/l | 6 | 6,16 | 6,67 | 6,61 | 6,59 | 7,12 | 7,13 |
NH4 | mq/l | 0,39 | 0,19 | 0,15 | 0,15 | 0,14 | 0,045 | 0,088 |
Codluq | mq-ekv/l | 7,0 | 5,78 | 3,8 | 3,6 | 3,5 | 3,42 | 3,75 |
Kadmium Cd2+ | mkq/l | 5 | 0,2 | 0,0 | 0,0 | 0,0 | 0,2 | 0,3 |
Qurğuşun Pb2+ | mkq/l | 100 | 57 | 12 | 12 | 11 | 40 | 50 |
Neft məhsulları | mq/l | 0,05 | 0,07 | 0,05 | 0,05 | 0,05 | 0,05 | 0,06 |
Mis birləşmələri | mq/l | 0,001 | 0,009 | 0,002 | 0,0014 | 0,0012 | 0,005 | 0,009 |
Fenollar | mq/l | 0,001 | 0,004 | 0,002 | 0,002 | 0,001 | 0,003 | 0,002 |