2008-ci ilin yanvar-may ayları ərzində Xəzər dənizinin Pirşağı-Pirallahı sahil ərazilərində dəniz suyunun çirklənmə dərəcəsinin dinamikası
29 May 2008, 00:00
May ayı ərzində keçirilən növbəti monitorinqin nəticəsinə görə götürülən su nümunələri üzərində aparılmış mikrobioloji tədqiqatlara əsasən bağırsaq çöpü bakteriyalarının miqdarının norma daxilində olması müəyyənləşdirilmişdir.
Qeyd: çirklənmə dərəcəsi;
normal - 0-5000 ədəd/litr
zəif çirkli - 5000-10000 ədəd/litr
çirkli - 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.
Nardaran sahil zolağı ərazisi
2007-ci ildə Nardaran qəsəbəsinin sahil zolağında Xəzər dənizinə qovuşan axar qeydə alınmışdır. Mütəmadi keçirilmiş monitorinqin nəticələrinə görə həmin ərazidə mikrobioloji baxımdan zəif çirklənmənin olması müəyyənləşdirilmişdir. 2008-ci ilin mart ayında qeyd olunan ərazidə mövcud axar üzərində modul tipli təmizləyici qurğu quraşdırıldıqdan sonra çirklənmə dərəcəsinin azalması müşahidə edilmişdir. Aparılan təhlillərin nəticələrinə görə aprel və may aylarının əvvəlində küləyin təsiri nəticəsində çirklənmə dərəcəsi qismən artsa da, may ayının 2-ci yarısından etibarən tədricən normallaşması qeydə alınmışdır.
Qeyd: çirklənmə dərəcəsi;
normal - 0-5000 ədəd/litr
zəif çirkli - 5000-10000 ədəd/litr
çirkli - 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.
Bilgəh sahil zolağı ərazisi
2008-ci ilin 5 ayı ərzində aparılan təhlillərin nəticəsinə görə qeyd olunan ərazi mikrobioloji baxımdan normal vəziyyətdədir.
Qeyd: çirklənmə dərəcəsi;
normal - 0-5000 ədəd/litr
zəif çirkli - 5000-10000 ədəd/litr
çirkli - 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.
Bilgəh sahil zolağı ərazisi, Amburan çimərliyi
2008-ci ilin 5 ayı ərzində aparılan təhlillərin nəticəsinə görə qeyd olunan ərazi mikrobioloji baxımdan normal vəziyyətdədir.
Qeyd: çirklənmə dərəcəsi;
normal - 0-5000 ədəd/litr
zəif çirkli - 5000-10000 ədəd/litr
çirkli - 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.
Bilgəh Kardioloji sanatoriyasının ərazisi
Bilgəh kardioloji stansiyası ərazisində modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra 2007-ci ildən fərqli olaraq 2008-ci ilin 5 ayı ərzində dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan çirklənmə dərəcəsinin norma daxilində olması müəyyən edilmişdir.
Qeyd: çirklənmə dərəcəsi;
normal - 0-5000 ədəd/litr
zəif çirkli - 5000-10000 ədəd/litr
çirkli - 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.
Buzovna bioloji təmizləyici qurğusu ərazisi
Qrafikdə göstərildiyi kimi çirklənmə dərəcəsinin periodik olaraq dəyişməsinə əsas səbəb xlorla zərərsizləşdirmə prosesinin reqlamentə uyğun aparılmamasıdır.
Qeyd: çirklənmə dərəcəsi;
normal - 0-5000 ədəd/litr
zəif çirkli - 5000-10000 ədəd/litr
çirkli - 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.
Buzovna qəsəbəsi “Əli-ayağı” ziyarətgahı ərazisi
“Əli-ayağı” ziyarətgahı istiqamətində modul tipli təmizləyici qurğu quraşdırıldıqdan sonra cari ilin 5 ayı ərzində aparılan müşahidələr zamanı yalnız 24.05.2008-ci il tarixində zəif çirklənmə qeydə alınmişdır ki, buna da səbəb 14 m/san gücündə cənub-şərq küləyinin olması və Mərdəkan-Şüvəlan təmizləyici qurğuları istiqamətindən çirklənmənin yayılmasıdır.
Qeyd: çirklənmə dərəcəsi;
normal - 0-5000 ədəd/litr
zəif çirkli - 5000-10000 ədəd/litr
çirkli - 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.
Buzovna sahil zolağı, Köhnə kənd ərazisi
Köhnə kənd istiqamətində may ayının son günlərində müşahidə edilən zəif çirklənməyə səbəb həmin vaxt müşahidə olunan cənub-şərq küləyinin olması ilə Mərdəkan-Şüvəlan təmizləyici qurğuları istiqamətindən zərərsizləşdirilmədən axıdılan çirkab suyun yayılmasıdır.
Qeyd: çirklənmə dərəcəsi;
normal - 0-5000 ədəd/litr
zəif çirkli - 5000-10000 ədəd/litr
çirkli - 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.
Mərdəkan sahil zolağı, “Marian Bich” istirahət mərkəzi ərazisi
Mərdəkan sahil zolağı ərazisi “Marian Bich” istirahət mərkəzi istiqamətində modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra 2008-ci ilin 5 ayı ərzində dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı 2007-ci ildən fərqli olaraq mikrobioloji baxımdan çirklənmə dərəcəsinin norma daxilində olması müəyyən edilmişdir.
Qeyd: çirklənmə dərəcəsi;
normal - 0-5000 ədəd/litr
zəif çirkli - 5000-10000 ədəd/litr
çirkli - 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.
Mərdəkan sahil zolağı, “Qızıl qum” istirahət mərkəzi ərazisi
“Qızıl qum” istirahət mərkəzi istiqamətində aparılan müşahidələr zamanı yalnız may ayının son həftəsində zəif çirklənmə qeydə alınmışdır ki, buna da səbəb cənub-şərq küləyinin sürətinin artması ilə bağlı Mərdəkan-Şüvəlan təmizləyici qurğuları istiqamətindən zərərsizləşdirilmədən axıdılan çirkab suların külək istiqamətində yayılmasıdır.
Qeyd: çirklənmə dərəcəsi;
normal - 0-5000 ədəd/litr
zəif çirkli - 5000-10000 ədəd/litr
çirkli - 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.
Mərdəkan-Şüvəlan təmizləyici qurğusu ərazisi
2007-ci ilin fevral ayında yenidənqurma-bərpa işlərinə başlanıldığından Mərdəkan-Şüvəlan təmizləyici qurğularının istismarı dayandırılmışdır. Bununla əlaqədar həmin ərazinin mikrobioloji baxımdan çirklənməsi davam edir.
Qeyd: çirklənmə dərəcəsi;
normal - 0-5000 ədəd/litr
zəif çirkli - 5000-10000 ədəd/litr
çirkli - 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.
Şimal DRES ərazisi
2008-ci ilin 5 ayı ərzində aparılan təhlillərin nəticəsinə görə qeyd olunan ərazi mikrobioloji baxımdan normal vəziyyətdədir. Arabir zəif çirklənmənin qeydə alınmasının səbəbi isə həmin vaxtda küləyin sürətinin artması ilə əlaqəlidir.
Qeyd: çirklənmə dərəcəsi;
normal - 0-5000 ədəd/litr
zəif çirkli - 5000-10000 ədəd/litr
çirkli - 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.
“Mayak” istirahət sahəsinin yaxınlığı ərazisi
2008-ci ilin 5 ayı ərzində aparılan təhlillərin nəticəsinə görə qeyd olunan ərazi mikrobioloji baxımdan normal vəziyyətdədir.
Qeyd: çirklənmə dərəcəsi;
normal - 0-5000 ədəd/litr
zəif çirkli - 5000-10000 ədəd/litr
çirkli - 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.
Dübəndi, hərbi hissənin arxası

Dübəndi terminalı, Dübəndi bağları ərazisi
2008-ci ilin 5 ayı ərzində aparılan təhlillərin nəticəsinə görə qeyd olunan ərazi mikrobioloji baxımdan normal vəziyyətdədir. Arabir zəif çirklənmənin qeydə alınmasının səbəbi isə həmin vaxtda küləyin sürətinin artması ilə əlaqədardır.
Qeyd: çirklənmə dərəcəsi;
normal - 0-5000 ədəd/litr
zəif çirkli - 5000-10000 ədəd/litr
çirkli - 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.
Gürgan kəndi, Damba ərazisi istiqaməti
Gürgan kəndi, Damba ərazisində mikrobioloji baxımdan qeydə alınan çirklənməyə səbəb həmin sahil boyu ərazidə formalaşan çirkab suların idarə olunmamasıdır.
Qeyd: çirklənmə dərəcəsi;
normal - 0-5000 ədəd/litr
zəif çirkli - 5000-10000 ədəd/litr
çirkli - 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.
Pirallahı qəsəbəsi, sahil zolağı ərazisi
Pirallahı qəsəbəsi ərazisində mikrobioloji baxımdan çirklənməyə səbəb vaxtilə bioloji təmizləyici qurguların işləməməsi nəticəsində sahil zolağı boyu ərazilərdə formalaşmış çirkab gölməçələrin dənizə təsiri olmuşdur. Hal-hazırda təmizləyici qurğuların istismarı ilə əlaqədar bu gölməçələrin həcmi azalmaqda davam edir ki, bu da mikrobioloji baxımdan çirklənmənin azalması ilə nəticələnir.
Qeyd: çirklənmə dərəcəsi;
Normal 0-5000 ədəd/litr
Zəif çirkli 5000-10000 ədəd/litr
Çirkli 10000-dən çox ədəd/litr
P.S. Qrafikdə qeyd olunan çirklənmə dinamikası mütəmadi olaraq keçirilən monitorinqlərin nəticəsinə uyğun tərtib edilmişdir.