2008-ci il may ayının 24-də Xəzər dənizinin Pirallahı-Pirşağı (61 km-lik sahil boyu) ərazilərində aparılan mikrobioloji təhlillər
27 May 2008, 00:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007”“ci il 20 iyun tarixli 2244 â„–”“li "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncam imzalanmışdır. Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğuları Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran qəsəbələrində və “Amburan” çimərliyi ərazisində quraşdırmışdır.
Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından bidəfəlik çıxarılmasına nail olunacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini keçirir.
2008-ci il may ayının 24-də Xəzər dənizinin Pirallahı-Pirşağı (61 km-lik sahil boyu) ərazilərində aparılan mikrobioloji təhlillərin nəticələrinə əsasən Şüvəlan qəsəbəsi istiqamətində dəniz suyunun mikrobioloji çirklənməsi müşahidə olunmuşdur. Aparılan tədqiqatlardan sonra çirklənmə mənbəyi Mərdəkan-Şüvəlan bioloji təmizləyici qurğularının yerləşdiyi ərazidə müəyyən edilmişdir. Nəticələr göstərir ki mikrobioloji çirklənmənin səbəbi çirkab suların zərərsizləşdirilmədən dənizə atılmasıdır. Hazırda bu bioloji təmizləyici qurğularda yenidənqurma-bərpa işləri aparılır.
Bundan başqa, digər ərazilərdə (“Əli-ayağı”, “Qızıl qum”, köhnə kənd istiqaməti) aparılan müşahidələr zamanı zəif çirklənmə qeydə alınmişdır ki, buna da səbəb 24.05.2008-ci il tarixində 14 m/san gücündə cənub-şərq küləyinin olması və Mərdəkan-Şüvəlan təmizləyici qurğuları istiqamətindən çirklənmənin yayılmasıdır.
Pirallahı qəsəbəsi ərazisində mikrobioloji baxımdan zəif çirklənməyə səbəb isə vaxtılə bioloji təmizləyici qurguların işləməməsi nəticəsində sahil zolağı boyu ərazilərdə formalaşmış çirkab gölməçələrin dənizə təsiridir. Hal-hazırda təmizləyici qurğuların istismarı ilə əlaqədar bu gölməçələrin həcmi azalmaqda davam edir.
2007-2008-ci illərin may aylarında Xəzər dənizinin Pirallahı-Pirşağı sahil zolağında keçirilən monitorinqlərin nəticələrinin müqayisəli cədvəli
Qeyd 1. dəniz suyu üçün normativ hədd-5000 ədəd/litr (bağirsaq çöpü bakteriyalrının miqdarı)
Qeyd 2. z/çirkli ”“ zəif çirkli

s/s | Nümunələrin götürüldüyü ərazilər | Mikrobioloji çirklənmənin dərəcəsi. Bağırsaq çöpü bakteriyalrının miqdarı. (ədəd/litr) | |
2007 | 2008 | ||
cənub-şərq 12-15 m/san | cənub-şərq 12-14 m/san | ||
1 | Pirşağı sahil zolağı ərazisi. Qızılnohur və Şor göl istiqamətindən | 110 000 çirkli | normal |
2 | Nardaran sahil zolağı ərazisi | normal | normal |
3 | Bilgəh sahil zolağı ərazisi (fərdi tikililərin yanı) | 6 700 z/çirkli | normal |
4 | Bilgəh sahil zolağı ərazisi (“Amburan” çimərliyi) | 8 000 z/çirkli | normal |
5 | Bilgəh kardioloji sanatoriyasının ərazisi | 30000 çirkli | normal |
6 | Buzovna Bioloji Təmizləyici Qurğusu ərazisi | 14 000 çirkli | 8 500 z/çirkli |
7 | Buzovna sahil zolağı ərazisi, “Əli ayağı”ziyarətgahı istiqaməti | 20 000 çirkli | 5 300 z/çirkli |
8 | Buzovna sahil zolağı ərazisi, köhnə kənd istiqaməti | 24 000 çirkli | 5 00 z/çirkli |
9 | Mərdəkan sahil zolağı ərazisi “Marian Bich” istirahət mərkəzi istiqaməti | 24 700 çirkli | normal |
10 | Mərdəkan sahil zolağı ərazisi,“Qızılqum” istirahət mərkəzi istiqaməti | 28300 çirkli | 5500 z/çirkli |
11 | Mərdəkan-Şüvəlan istiqaməti | 126 000 çirkli | 72 000 çirkli |
12 | Şimal DRES-in ərazisi | 8 000 z/çirkli | 5 300 z/çirkli |
13 | “Mayak” istirahət sahəsinin yaxınlığı (qayalıqların yanı) | normal | normal |
14 | Dübəndi sahil zolağı ərazisi (hərbi hissənin arxası) | normal | normal |
15 | Dübəndi terminalı, Dübəndi bağları ərazisi | 6000 z/çirkli | 5 500 z/çirkli |
16 | Gürgan kəndi, Damba-2 | 40 050 çirkli | 9 000 z/çirkli |
17 | Gürgan kəndi, Damba-1 | 49 700 çirkli | 8 000 z/çirkli |
18 | Pirallahı qəsəbəsi sahil zolağı ərazisi | 215000 çirkli | 10 000 z/çirkli |