Xəbərlər

Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan mikrobioloji təhlillərin müqayisəli nəticələri

16 May 2008, 00:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007”“ci il 20 iyun tarixli 2244 â„–”“li "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncam imzalanmışdır. Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğuları Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran qəsəbələrində və “Amburan” çimərliyi ərazisində quraşdırmışdır.
Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından bidəfəlik çıxarılmasına nail olunacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini keçirir.
Nazirlik tərəfindən modul tipli su təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə (ABŞ, Almaniya, Türkiyə, Fransa, İtaliya, Tayvanda istehsal olunmuş və Türkiyədə modulda komplektləşdirilmiş, gündəlik gücü 500 m3 olan bioloji təmizləyici qurğu və neft ayırıcısından ibarət 1â„–-li Bilgəh kardioloji sanatoriyasının ərazisindəki Bilgəh, gündəlik gücü 150 m3 olan bioloji təmizləyici qurğudan ibarət Mərdəkan “Qızılqum” istirahət mərkəzi ərazisindəki 2â„–-li Mərdəkan, gündəlik gücü 240 m3 olan dezinfektor qurğusundan ibarət “Marian Bich” istirahət mərkəzi ərazisindəki 3â„–-li Mərdəkan, gündəlik gücü 500 m3 olan bioloji təmizləyici və 2 ədəd 240 m33 /gün dezinfektor qurğularından ibarət Buzovna və Şağan kəndləri arasındakı ərazidəki 4â„–-li Buzovna, gündəlik gücü 100 m3 olan bioloji təmizləyici qurğudan ibarət Buzovna qəsəbəsi “Əli ayağı” ziyarətgahı ərazisindəki 5â„–-li Buzovna, gündəlik gücü 350 m3 olan bioloji təmizləyici qurğulardan ibarət Pirşağı sahil zolağı ərazisinin Qızılnohur və Şor göl istiqamətində olan ərazilərdəki 6 və 7â„–-li Pirşağı stansiyaları) aparılan monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınmışdır.
Lakin bəzi məntəqələrdə - Bakkanalizasiya idarəsinin tabeliyində olan Buzovna və Mərdəkan-Şüvəlan Mexaniki Təmizləyici qurğusunun yerləşdiyi ərazilərdə, o cümlədən, Pirallahı qəsəbəsi ərazisində, Gürgan kəndinin Damba-1 və Damba-2 ərazilərində hələ də mikrobioloji baxımdan çirklənmə mövcuddur.
2008-ci il may ayının 14-də Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan mikrobioloji təhlillərin müqayisəli nəticələri aşağıdakı kimidir:

s/s Nümunələrin götürüldüyü ərazilər
Mikrobioloji çirklənmənin dərəcəsi. Bağırsaq çöpü bakteriyalrının miqdarı. (ədəd/litr)
2007
2008
1 Nardaran sahil zolağı ərazisi
9 500 z/çirkli
normal
2 Bilgəh qəsəbə ərazisi, dənizkənarı fərdi tikililərin yanı

5 500 z/çirkli

normal
3 Bilgəh qəsəbə ərazisi, qamış çətirlərin yanı
normal
normal
4 *Bilgəh qəsəbə ərazisi, “Amburan” çimərliyi
8 300 z/çirkli
normal
5 “Metropoliten” işçiləri istirahət evi ərazisi
19 700 çirkli
normal
6 * Bilgəh kardioloji sanatoriyasının ərazisi (1 â„–-li məntəqə)
29 800 çirkli
normal
7 MTN-nin istirahət evi ərazisi
normal
normal
8 DİN-nin istirahət evi ərazisi
normal
normal
9 2 â„–-li pansionat ərazisi
normal
normal
10 1 â„–-li pansionat ərazisi
normal
normal
11 Bakkanalizasiya İdarəsinin quraşdırdığı Buzovna bioloji təmizləyici qurğusunun ərazisi
19 000 çirkli
7 800 z/çirkli
12 Buzovna bioloji təmizləyici qurğusu ilə 1 â„–-li pansionat ərazisi arasında (istirahət mərkəzinin qarşısında)
6 100 z/çirkli
normal

13 * Mərdəkan “Qızılqum” istirahət mərkəzi ərazisi (2â„–-li məntəqə)
20 400 çirkli
normal
14 * Mərdəkan “Marian Bich” istirahət mərkəzi ərazisi (3â„–-li məntəqə)
23 800 çirkli
normal
15 * Buzovna və Şağan kəndləri arasındakı ərazi (4â„–-li məntəqə)
26 100 çirkli
normal
16

* Buzovna qəsəbəsi, “Əli ayağı”ziyarətgahı ərazisi (5â„–-li məntəqə)

29 300 çirkli
normal
17 Mərdəkan “Qızılqum” istirahət mərkəzi ərazisi
20 700 çirkli
normal
18

Bakkanalizasiya İdarəsinin quraşdırdığı Mərdəkan-Şüvəlan Mexaniki Təmizləyici qurğusunun ərazisi

326 000 çirkli
158 000 çirkli
19 Şimal DRES-in ərazisi
9 100 çirkli
normal
20 Şimal DRES-dən sağ tərəfə (hasarın yanında)
normal
normal
21 “Mayak” istirahət sahəsinin yaxınlığı (hasarın yanında)
normal
normal
22 Dübəndi, Hərbi hissənin arxası
normal
normal
23 Dübəndi qayalıqları (qeyri rəsmi çimərlik)
normal
normal
24 Dübəndi terminalı, Dübəndi bağları ərazisi
8 700 çirkli
normal
25 Gürgan kəndi, Damba-2
40 500 çirkli
z/çirkli
26 Gürgan kəndi, Damba-1, kombinatın yanı
46 800 çirkli
z/çirkli
27 Pirallahı qəsəbəsi
205 000 çirkli
z/çirkli
28 *Pirşağı sahil zolağı ərazisi. Qızılnohur və Şor göl istiqamətində (6 və 7 â„–-li məntəqə)
210 000 çirkli
normal

Qeyd 1: * Prezidentin Sərəncamı ilə ETSN tərəfindən quraşdırılan modul tipli təmizləyici qurğular
Qeyd 2: z/çirkli ”“ zəif çirkli

P.S. Pirşagı qəsəbəsinin sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının miqdarı 210 000 (çirkli) ədəd təyin edilmişdir. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınmışdır. 14.05.2008-ci il tarixində isə Pirşağı qəsəbəsinin sahil zolağında keçirilən növbəti monitorinqin nəticəsinə görə götürülən su nümunələri üzərində aparılmış mikrobioloji tədqiqatlara əsasən bağırsaq çöpü bakteriyalarının miqdarının norma daxilində olması müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qəsəbələrin sahil zolağı yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

2007-2008-ci illər ərzində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdən götürülmüş dəniz suyu nümunələri üzərində aparılan mikrobioloji təhlillərin müqayisəli nəticəsi