Yaz mövsümü ilə əlaqədar meşəsalma işləri davam edir
17 Mart 2008, 00:00
Azərbaycan Respublikası meşələrinin təxminən 95%-ə yaxını dağ və dağətəyi bölgələrdə, 5%-dən bir qədər çoxu isə düzən ərazilərdə, əsasən Kür-Araz, Alazan-Əyriçay vadilərində yayılmışdır. Ümumiyyətlə, qlobal miqyasda götürdükdə, meşələrimizin sahəsi çox azdır. Hər nəfərə cəmi 0,12 ha meşə sahəsi düşür ki, bu da dünya üzrə müvafiq orta rəqəmdən 4 dəfə azdır. Bunun optimal həddi Respublikamız üçün hər adam başına 0,25-0,30 hektar olmalıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti və onun yerli qurumlarının başlıca vəzifəsi mövcud meşələrimizin ciddi qaydada qorunmasını və mühafizəsini günün tələbləri səviyyəsində təşkil etməkdən, aşağı sıxlığa malik olan meşələri qiymətli və yüksək meliorativ əhəmiyyətli ağac və kollar hesabına bərpa etməkdən və yeni meşə massivləri yaratmaqdan ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli, 1152 nömrəli fərmanı ilə təsdiq olunmuş “Meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqrama (2003-2008-ci illər)” görə ölkənin bütün regionlarını əhatə etməklə 70 min hektara yaxın sahədə meşələr bərpa olunmalı və yeni meşələr salınmalıdır. İndiyə qədər Milli Proqramın icrası ilə əlaqədar olaraq 50 min hektar sahədə pozuq meşələr qiymətli ağac və kollar hesabına bərpa edilmiş və yeni meşələr salınmışdır. Bu müddət ərzində 150 mln. ədəddən çox müxtəlif çeşiddə ağac, kol ting və toxmacarları yetişdirilmişdir.
Yaz mövsümünün başlanması ilə əlaqədar olaraq, istər dağlıq və dağətəyi bölgələrdə, istərsə də düzən ərazilərdə meşə əkini işlərinə başlanmışdır.
Yaz meşə və yaşıllıq salma işlərinə Hirkan zonasında digər meşəbitmə zonalarından tez başlanmışdır. Bu da nəmli subtropik zona olan bu ərazidəki ağaclarda şirə axımının digər meşəbitmə zonalarından fərqli olaraq 10-12 gün tez başlanması ilə əlaqədardır. Lənkəran, Astara, Masallı, Cəlilabad Meşələrin Mühafizəsi və Bərpası Müəssisələri tərəfindən cari ildə relikt ağac cinslərindən olan dəmir ağacı, azad ağacı, şabalıdyarpaq palıd, hirkan şümşədi, gözəl ağcaqayın və s. cinslərdən olan ağaclar dominantlıq etməklə 500 ha sahədə yeni meşəliklərin salınması işləri proqnozlaşdırılmışdır. Bundan yaz mövsümündə 200 hektarı icra edilməlidir. Artıq 3-cü dövrün relikt və endemik ağac cinslərinin təbii areallarını genişləndirmək məqsədilə son 6 ildə 12 mln. ədəddən artıq əkin materialları yetişdirilərək Respublikanın digər dağətəyi və düzən ərazilərində əkilmişdir.
Tuqay meşələrinin bərpa edilməsi və cins tərkibinin yaxşılaşdırılması məqsədilə son 6 ildə Kür qırağı ərazilərdə 5,5 min hektardan artıq yeni meşələr salınmışdır. Burada əsas yüksək meliorativ əhəmiyyətli güclü kök sisteminə malik olan ağac cinsləri seçilib əkilmişdir ki, belə ağac cinslərindən şabalıdyarpaq palıdı, saqqız ağacını, ağcaqayını, göyrüşü, tut və s. cinsləri göstərmək olar.
Cari ildə bu ərazilərdə 1 min hektardan artıq sahədə yeni meşələrin salınması proqnozlaşdırılmışdır. Bundan 400 hektarı isə yaz mövsümündə salınmalıdır. Ağstafa, Tovuz, Şəmkir, Yevlax, Goranboy, Sabirabad, Ağcabədi Meşələrin Mühafizəsi və Bərpası Müəssisələri artıq bu ərazilərdə yaz meşəsalma işlərinə başlamış və 300 hektardan artıq sahədə işi yekunlaşdırmışlar. Hal-hazırda ərazilərdə işlər davam etdirilir.
Respublikanın ağır meşəbitmə şəraiti olan Abşeron və Qobustan ərazilərində meşəsalma işi çətin olsa və xeyli həcmdə xərc tələb etsə də, ölkə əhalisinin 30%-dən çoxunun bu bölgələrdə yaşamasını, burada iqlimin qeyri-sabit keçməsini və s. təbii prosesləri nəzərə alaraq, təbii landşaftı dəyişərək meşə landşaftı yaratmaq məqsədilə 2002-ci ildə Qaradağ, Cəngi və Giləzi Meşəsalma Müəssisələri yaradılmış və keçən 6 il ərzində Abşeronda və Qobustan çöllərində 475 ha meşə massivləri yaradılmışdır. Burada daha çox quraqlığa davamlı, torpaq şəraitinə az tələbkar ağac və kol cinsləri seçilib əkilmişdir. Belə ağac cinslərindən Eldar şamını, sərv ağacını, aylantı, ağcaqayını, qarağacı, sarağanı, iydəni, maklyuranı və s. göstərmək olar.
Cari ildə bu ərazilərdə 200 ha meşə və yaşıllıq salınması proqnozlaşdırılmışdır. Sözügedən ərazilərdə hava şəraitinin əlverişli keçməsindən istifadə olunaraq artıq yaz meşəsalma işlərinə başlanmış, 60 ha-dan çox sahədə meşə və yaşıllıqlar salınmış, 200 min ədəddən çox, xüsusilə dekorativ görünüşə malik olan ağac və kollar əkilmişdir.
Milli Proqramda Böyük Qafqazın cənub, şimal-şərq, cənub-qərb yamaclarında, Kiçik Qafqazın dağlıq və dağətəyi bölgələrində torpaqların eroziya və deqradasiya proseslərinə uğramasının qarşısını almaq məqsədilə, pozuq meşələrin bərpa edilməsi və yeni meşəliklərin salınması xüsusilə qeyd edilmişdir. Son 6 ildə aparılan meşəbərpa və yeni meşəliklərin yaradılması işlərinin (50 min hektarın) 60-65%-i bu ərazilərdə aparılmışdır. Həmçinin, son 6 ildə yetişdirilən 150 mln. ədəd müxtəlif çeşiddə ağac və kolların 80 mln. ədəddən çoxu bu bölgələrdə əkilmişdir.
Respublikanın ərazisində cari ildə daha 10,7 min hektar sahədə meşəbərpa tədbirləri aparılmalı və 35 mln. ədəd ağac, kol tingi və toxmacarları yetişdirilməlidir. O cümlədən, meşəsalma işlərinin 1450 hektarı yaz mövsümündə icra edilməlidir.
Artıq Respublikanın bütün bölgələrində yaz mövsümü ilə əlaqədar meşəsalma işlərinə başlanmış və 2 mln. ədəddən çox ağac və kol cinsləri əkilmişdir.
Hal-hazırda yaz meşəsalma işləri intensiv olaraq davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti